Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran Prezidenti: "Azərbaycanla əlaqələrimizin tarixi qədimdir, bundan sonra da genişlənməli və inkişaf etməlidir"
İran Prezidenti: "Azərbaycanla əlaqələrimizin tarixi qədimdir, bundan sonra da genişlənməli və inkişaf etməlidir"

“Azərbaycanla münasibətlərimiz mədəni, mehriban və səmimidir, bizim əlaqələrimizin tarixi çox qədimdir. Bu əlaqələrdə heç bir anlaşılmazlığın olması gərək deyil. Bu gün Azərbaycan Respublikasının möhtərəm Prezidenti ilə yaxşı görüşümüz oldu və iki ölkə arasındakı maraq doğuran məsələlər müzakirə edildi”.

APA xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdən sonra İranın kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə bildirib.

İran Prezident qeyd edib ki, bu gün Azərbaycan, İran və Türkmənistan arasında imzalanan qaz sazişi ölkələrimizin əlaqələrinin, iki və üç ölkə arasındakı münasibətlərin inkişafına xidmət edəcək: “Bu sahədə ciddi və çoxsaylı addımların atılması zəruridir və iki ölkənin iradəsi sayəsində ölkələrimiz arasındakı əlaqələr, o cümlədən iqtisadiyyat, ticarət, tranzit, mədəni sahələrdə əməkdaşlıq iki ölkə arasındakı əlaqələrin genişlənməsinə yönəlməlidir. Əlaqələrimizin tarixi qədimdir, bundan sonra da genişlənməli və inkişaf etməlidir”.

Paylaş »
››› Ərdoğandan Sezen Aksuya sərt sözlər: “Uzanan dilləri qoparmaq vəzifəmizdir”
››› Kremlin aşpazı Putinin yemək sirlərini açıqlayıb
››› Sabiq biznesmen deputat Qarabağ qazisinə "pul atmaqda" ittiham olunur
››› Böyük Britaniya Rusiyanın qonşuluğuna ordu toplayır
››› Eldar Həsənova hökm oxunub
››› İnsana donuz ürəyi köçürülüb: İslam dini buna yol verirmi?
››› Azərbaycanda zorakı hərəkətlər törədənlər həbs olunacaq
Son xəbərlər
Bütün xəbərlər »