Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistanın paytaxtı Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə iştirak edib. Bu haqda Bizimyol.info AzərTAC-a istinadla məlumat verib.
Məlumatda deyilir ki, Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi ilə görüş keçirib. Görüşdə iki prezident arasında çox maraqlı dialoq olub:
"...Prezident Arif Alvi: Siz öz torpaqlarınızı geri qaytardıqdan sonra birinci dəfədir ki, görüşürük.
Prezident İlham Əliyev: Bəli, dəstəyiniz üçün çox sağ olun.
Prezidenti Arif Alvi: Mən həmişə demişəm ki, biz bunu Sizdən öyrənməliyik. Vaxtı düzgün seçmişdiniz. Dünya bunu qəbul etdi, bunu etmək lazım idi. Əslində bu, BMT-nin icra olunmamış qətnamələrinə əsasən atılmış bir addım idi.
Prezident İlham Əliyev: Demək olar ki, 30 il ərzində icra olunmamışdır".
Pakistan Prezidenti söhbət zamanı üç mühüm mesaj verib. Prezident Arif Alvinin: "Biz... Sizdən öyrənməliyik. Vaxtı düzgün seçmişdiniz" sözlərini anlamı var.
Əslində 27 sentyabr 2020-ci ildə Azərbaycan ordusu hərbi əməliyyatlara birinci başlamamışdı; Ermənistanın genişmiqyaslı hücum cəhdinə - düşmənin hərbi təxribatına cavab vermişdi. Vaxtın düzgün seçilməsi haqda Prezident Alvinin sözləri bunları ehtiva edir:
- Azərbaycan sərəncamında olan vaxtdan ordu quruculuğu və düşmən üzərində əzoci gücə nail olmaqdan ötrü düzgün istifadə edir, o cümlədən, etibarlı müttəfiqlər qazana bilmək də bu məsələnin önəmli hissəsi idi;
- Həmin müddətdən Azərbaycan problemi diplomatik yolla həlli üçün istifadə etmək üçün tam mənada istifadə edib - indi hamı 30 ilə yaxın zaman ərzində danışıqları pozan, yaxud bloklamağa çalışan, müxtəlif bəhanələrlə diplomatik masadan qaçan, danışıqları uzatmaqda maraqlı olan tərəf Azərbaycan deyil, Ermənistan olub. Bu mənada Azərbaycanın vaxt resursundan sülh üçün də tam gücü ilə istifadə etdiyi nəzərdə tutulur;
- bu fikir həm də deməkdir ki, Azərbaycan Ermənistanın Qarabağ bölgəsində bütün cəbhəboyu genişmiqyaslı hərbi təxribat törədəcəyini əvvılcədən bilmiş, BMT Baş Məclisinin pandemiyaya həsr olunmuş növbədənkənar sessiyasında dünya birliyi ilə bu məlumatları bölüşmüşdü. Yəni vaxtında təhlükəni görmüş, təxribat ssenarisini cözmüş, həm buna qarşı preventiv hazırlıq görə bilmiş, həm də beynəlxalq birliyi xəbərdar etmişdi;
- nəhayət, sonuncu mesaj: Prezident Alvi demək istəyib ki, Ermənistanın hərbi təxribatına cavab olaraq genişmiqyaslı və həlledici hərbi kampaniyaya vaxtında başlanıldığı üçün nəticə də müsbətdir. Yəni əslində 27 sentyabrdan qabaq dəfələrlə Ermənistan Azərbaycana qarşı silahlı təxribat törətmişdi (ötən il iyulundakı Tovuz hadisələri, general-mayor Polad Həşimov başda olmaqla xeyli sayda əsgər və zabutlərimizin, mülki şəxsin qətlə yetirilməsi də buna misaldır). Əslində əvvəllər də baş vermiş təxribatlara cavab olaraq əməliyyatlara başlamaq, torpaqlarını azadetmək Azərbaycanın qanuni haqqı idi. Ancaq ötən ilin sentyabrın 27-də düşmənin bütün təmas xətləri və Ermənistanla Azərbaycan arasında dövlət sərhədləri boyu ağır silahlarla, döyüş texnikası ilə, hücum artilleriyası və aviasiyanın köməyi ilə geniş miqyaslı hücuma keçməsi Azərbaycanı adekvat cavab verməyə sövq etdi.
Bütün bunları nəzərdə tutaraq Prezident Alvi Azərbaycanlı mövqedaşına: "Biz Sizdən öyrənməliyik" deyir. Əslində 44 günlük müharibədən çox şey öyrənmək istəyən, öyrənən təkcə Pakustan deyil; Amerika Ordusunun generalları, Almaniya Bundesverinin hərbi təlimatçıları, Britaniyanın, Fransanın müdafiə strateqləri... Azərbaycan ordusunun və komandanlığının 44 günlük təcrübəsini saf-çürük edib, Azərbaycanı hərbi qələbələrin sirlərini mənimsəyirlər.
Pakistan da öz hərbi gücünü daim artıqmaqda maraqlıdır, daha dəqiq desək, məcburdur. O da bizim kimi, qonşu Hindistandan qaynaqlanan təhlükəyə qarşı öz müdafiə potensialını dair artırır. Pakistan prezidentini sözləri də həmin kontekstdə deyilib.