Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
2022-ci il hansı bürclər üçün düşərli olacaq...
2022-ci il hansı bürclər üçün düşərli olacaq...

2022-ci ilə sayılı günlər qalıb. Yaşadığımız qayğı, hüzn, kədər, xəstəliklər ilini geridə qoyub 2022-ci ili yeni ümidlər, sevgi ilə keçirməyi düşünürük. Astroloqlara görə, bürc üçün 2022-ci il daha fərqli keçəcək. İstər sevgi həyatında, istərsə də, karyerasında 2022-ci ili əsla unutmayacaq 5 bürc var. Bürcünüz bu beşlikdə yoxdursa, kədərlənməyin, özünüzə yeni şans yaradın, sevməyə çalışın. Mənim də bürcüm bu siyahıda yoxdur. Bürclərə inanıram, amma hər şeydən uca Allahdır.

Qoc bürcü

2022-ci ildə Qoç bürcünün uğuru sevgi ilə bağlı olacaq. Uzun müddətdir ki, davam edən tənhalığı geridə qoyub münasibətlərdə arzulanan rahatlıq və sevgini hiss edə biləcəyiniz bir il olacaq. Yeni il ilk günlərindən sizə uğurlu olduğunu hiss etdirəcək.

2022-ci ildən nə istədiyinizi çox yaxşı bilirsiniz. Belə ki, sevgi mövzusunda seçimlər qarşısında qalacaqsınız.

Sonda isə, sevdiyiniz və sevildiyiniz yerdə olacaqsınız. Əlbəttə ki, bu şans sizi oturduğunuz yerdə gəlib tapmayacaq.

Cazibədar Qoç, yeni insanlarla tanış olmaq üçün sosial mühitlərdə olmalıdır. Əyləncəyə önəm verin!

Xərçəng bürcü

Həyatın hər sahəsində şans üzünüzə güləcək. 2022-ci ilin sonunda "mükəmməl bir il idi" deyə biləcəksiniz.

Astroloqlar, 2021-ci ilin problemlərini 2022-ci ildə həll edə biləcəyinizi deyir. Sahib olduğunuz bütün əlaqələr, daha da dərinləşəcək. Bu il həyatınıza yeniliklər qatmaq üçün qüsursuz bir aura ilə qarşılaşacaqsınız.

İş mühitində də əlaqələrinizi möhkəmləndirin. Bu il ruh əkizinizlə tanış olma ehtimalınız böyükdür.

Şir bürcü

Şir bürcü üçün 2022-ci il təlatümlü keçəcək. Bu təlatüm, həyatınza gözəlliklər gətirəcək. Bir çox fürsətləriniz olacaq.

İlin ilk yarısında eşq həyatınızda ümidlərinizi doğruldacaq hadisələr yaşayacaqsınız. Hər şeyi axışına buraxın. Sizə eşqdə də, işdə də uğur gözlənilir. 2022 sizə rahatlıq gətirəcək.

Balıq bürcü

Balıq bürcü, 2022-ci ilin ən uğurlu bürclərindəndir.

Münasibətlərində və karyerasında yeni başlanğıclar olacaq. Çox istiqamətli inkişafa açıq olacaqsınız.

Təhsilinizi artırıb karyeranıza dəstəkverici addımlar ata bilərsiniz. Bu müddətdə yanınızda olanların sayı artacaq. 2022-ci ildə yeni dostlar əldə edəcəksiniz. Yeni münasibət gözlənilir.

Əqrəb bürc

Əqrəblər üçün də xoşbəxtlik gəlir. Aprel ayının ortalarından etibarən, həyatınızda güclü əlaqələr qurmaq üçün özünüzü hazır hiss edəcəksiniz.

Halhazırda flört və münasibətləriniz varsa, bunu rəsmiləşdirməyi düşünə bilərsiniz. Münasibətlərinizdə yaşadığınız xoşbəxt hadisələr sizin bütün həyatınıza təsir edəcək. Sizə inanan və dəstək olan partnyorun varlığı ilə daha da gücləndiyinizi hiss edəcəksiniz. May ayından sonra maddiyyat ilə əlaqəli yeni planlar hazırlamağa başlayacaqsınız.

Uzun müddətdir ki, gözlədiyiniz vəsait nəhayət ki, əlinizə gələcək.

Tərəzi bürc

2022-ci il Tərəzilər üçün yeni fürsətlər ili olacaq. Cəsarət və özünüzə inam sayəsində addımlar atmaqdan çəkinmədiyiniz bir il yaşayacaqsınız.

2021-ci il hazırda sizin üçün pis il sayılmır. 2022-ci il unudulmaz illəriniz arasında olacaq. Xəyallarınızı xatırlayacaq, etmək istədiyiniz hər şeyi edəcəksiniz.

Yeni işlər qura bilərsiniz. Tərəzilər üçün 2022-ci il zənginlik və karyerada daha üstün bir nöqtə olacaq. Bu müddətdə yanımda kim olacaq? Bu sualı özünüzə verib düşünəcəksiniz.

Dəstəyini hər zaman hiss etdiyiniz dostlar, bu il də yanınızda olacaq. 2022-ci il üzünüzə güləcək!

İlahin, Bizimyol.info

Paylaş »
››› Ailə qurarkən bədən qoxusunun önəmi: "Bu, sizə gülməli gələ bilər, amma reallıqdır"
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
Son xəbərlər
Bütün xəbərlər »