Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
"Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din

“Qarşımdan qara pişik keçdi, işim düz gəlməyəcək”, “ Evimin damına bayquş qondu, uğursuzluq gələcək”, “Bayquşun qarşısına ya qırmızı parça, ya şəkər atmaq lazımdır”, “qırımızı rəng mənə düşmür, uğursuzluq gətirir”, “hədiyyəni satmazlar” və s. bu kimi batil inanclar həyatımızı "idarə edir". Bizi qorxuya, təlaşa salır və edəcəyimiz işlərdən uzaqlaşdırır, psixoloji təsir edərək yaşamımızı çətinləşdirir.

Nə qədər qəribə olsa da, bu batil inanclar çox zaman reallaşır da. Məsələn, bayquşun oxumasını ölüm kimi şərh edən və ya qiymətləndirən şəxslər, həmin evlərdə ölüm halının baş verdiyini də təsdiq edir. Və yaxud “gecə yarısı güzgüyə baxmaq, saç darımaq bəxti bağlayır” deyən qızlar var ki, bu gün də ailə həyatı qurmayıblar.

Nədir batil inanclar həyatımıza necə təsir edir? İslam dini ilə batil inancların bir əlaqəsi varmı?

İlahiyyatçı Ramin Əliyev qeyd edir ki, İslam dini fal, uğursuzluq və s. inanclardan uzaqdır. Amma batil inanclar hər zaman olub. Məsələn, ərəblər əvvəllər bir işi görmək istədikləri zaman, quş və ya maralları hürküdüb qaçırardılar. Heyvanlar sağ tərəfə getsə, onlar işlərinin arxasınca gedər, sol tərəfə getsə, işlərinin arxasınca getməzdilər. Həmin dövrdə sonuncu peyğəmbər Həzrəti Məhəmməd (ə.s) onları bu batil inanclardan döndərməyə çalışırdı.

“Batil inanclardan sonra yaşadığınız uğursuzluqların nə ağıl, nə də reallıqla əlaqəsi yoxdur. Sadəcə olaraq şəxs, bəzi zəifliklərinə məğlub olur və o zəifliyin arxasınca sürünərək öz inancının reallaşması üçün bəhanə axtarır. Çünki hər şeyi uğursuz hesab etmək, bəlanı gözləmək deməkdir. Məsələn; evinin damına bayquş qonan şəxs başına bir bəla gələcəyini düşünüb bu bəlanı gözləməyə başlayar. Burada Tanrının rəhmətindən ümidi kəsmək və inanc zəifliyi ortaya çıxır. Bir şeyi uğursuz və ya uğurlu sayaraq, ondan fayda və ya zərər gözləmək düzgün deyil. Çünki hər cür fayda və zərər, ancaq Allahdan gələ bilər”.

İlahi qeyd edir ki, bu kimi inanclar hər yerdə var. İtin ulaması, bayquşun oxuması, bazar günləri təmizləmə işləri görmək, dırnaq kəsmək və paltar yumağı uğursuz hesab edənlər var. Bu inanclar əsası olmayan batil inanclardır.

Batil inancların uğursuzluğundan necə qurtulmalı?

İlahiyyatçı deyir ki, batil inancların uğursuzluqlarından qurtulmaq üçün yaxşı düşünmək lazımdır. Məsələn, batil inancınızla qarşılaşdığınız zaman düşüncə ilə ona qlaib gəlin. Ona yaxşı məna verin.

  • Düşünün ki, qara pişik heyvandır və sadəcə, qarşınızdan keçib. Bu, ağ pişik də ola bilər.
  • Düşünün ki, bayquş uçarkən dincəlmək üçün sizin evi və ya sizin ağacı seçib, bunun başqa təsiri olmayacaq.
  • Düşünün ki, bazar günləri istirahət günü olduğu üçün işləməməlisiniz.

Qısacası, batil inancların zərərlərini xeyirlə əvəzləməyə çalışın. Bu zaman beyninizi, düşüncələrinizi batil inanclardan qurtara bilərsiniz. Əks halda, boş və anlamsız inanclarla öz həyatınızı məhv etmiş olacaqsınız.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »