Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qırğızıstanda parlament seçkiləri keçirilir
Qırğızıstanda parlament seçkiləri keçirilir

Qırğızıstanda son bir ildə ikinci dəfə parlament seçkiləri keçirilir.

APA-nın xəbərinə görə, seçki məntəqələri 08.00-da (Bakı vaxtı ilə 06.00) açılıb.

Ölkədə 3.7 milyon nəfər seçki hüququna malik vətəndaş var. Ölkə daxilində və xaricdə 2500 səsvermə məntəqəsi fəaliyyət göstərir.

Seçkilər 2005-ci ildən sonra ilk dəfə qarışıq sxemlə keçirilir: 54 deputat partiya siyahısı ilə, 36 nəfər isə birmandatlı dairələrdə seçiləcək.

Qanunverici orqandakı 90 yer uğrunda 21 siyasi partiyadan 300 namizəd mübarizə aparır. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçici fəallığından asıllı olmadan parlament seçkiləri baş tutmuş hesab ediləcək.

Seçkilərin gedişatını gün ərzində 736 beynəlxalq müşahidəçi izləyəcək.

Qeyd edək ki, ötən payızda keçirilmiş parlament seçkiləri zamanı çoxsaylı qanun pozuntularına yol verildiyi üçün Mərkəzi Seçki Komissiyası nəticələri ləğv etmişdi.

Son xəbərlər
Bütün xəbərlər »