Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cohnson: "Omikron" tam peyvənd edilmişlərədə yoluxa bilər
Cohnson: "Omikron" tam peyvənd edilmişlərədə yoluxa bilər

Böyük Britaniyanın baş naziri Boris Conson bildirib ki, B.1.1.529 ("omikron") koronavirusunun yeni ştammı peyvənd edilmiş insanlara da keçə bilər.

Bizimyol.info  xəbər verir ki, bunu baş nazir "Twitter" hesabında paylaşıb.

Conson xatırladıb ki, Böyük Britaniyada artıq bu ştamla iki yoluxma halı müəyyən edilib və alimlər bu barədə daha çox məlumat almağa davam edirlər. O, "omikron"un çox tez yayıldığını, o cümlədən tam peyvənd olunmuş insanlara da yoluxa bildiyini vurğulayıb.

"Baş verənləri nəzərə alaraq, son iki gün ərzində Böyük Britaniyaya gələnlər üçün məcburi PCR testi tətbiq edəcək. Həmçinin həmin şəxslər "COVID-19" testi mənfi çıxana qədər karantində qalınacaq. Yeni ştammın daşıyıcıları ilə təmasda olan hər kəs 10 günlük karantinə qaydasına riayət etməlidir", - deyə Cohnson qeyd edib.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen xəbərdarlıq etmişdi ki, yeni növ koronavirus bir neçə ay ərzində bütün dünyaya yayıla bilər: "Ona görə də Avropa ölkələrinin çox sürətli və birlikdə mübarizəyə başlaması vacibdir".

Mütəxəssislər qeyd edirlər ki, bu, koronavirusun digər variantlarından daha patogen ola bilər. Tərkibində 32 mutasiya var, bəziləri onun yüksək ötürülmə qabiliyyətini, vaksinlərə qarşı müqavimətini və bütün digər "COVID-19" variantlarına nisbətən daha çox dəyişikliklərə malik olduğunu bildiriblər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »