Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"WhatsApp"dan Android istifadəçiləri üçün yeni funksiya
"WhatsApp"dan Android istifadəçiləri üçün yeni funksiya

Dünyaca məşhur ani mesajlaşma proqramı “WhatsApp” android istifadəçiləri üçün tamamilə yeni funksiyanı istifadəyə verib.

Bizimyol.info xəbər verir ki, istifadəçilər mesajlaşma zamanı onlara göndərilən stikerləri saxlamağa ehtiyac olmadan yönləndirə və paylaşa biləcəklər.

"WhatsApp"ın ən populyar xüsusiyyətlərindən biri də şübhəsiz ki, istifadəçilərin bir-birinə stiker göndərə bilməsidir. Emojilərdən daha real və rəngarəng olan stikerlər bu gün istifadəçilər tərəfindən məmnuniyyətlə istifadə edilir. “WhatsApp” tətbiqi də bu funksiyanın istifadəsini asanlaşdıran və işlək hala gətirən funksiyanı təqdim edib.

Bu xüsusiyyət android üçün buraxılmış 2.21.13.15 beta versiyası ilə gəlir. Beta-nı quraşdıran hər kəs bu funksiyadan istifadə edə bilər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »