Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Oğuldan məhkum ataya "narkotikli dovğa" sovqatı
Oğuldan məhkum ataya "narkotikli dovğa" sovqatı

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Xidmətin mətbuat xidməti məlumat verib.

Qeyd edilir ki, Cinayət Məcəlləsinin 234.4.3 və 99.1.3-cü maddələri ilə təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Zəbişah Kamal oğlu Şahverdiyevə oğlu Abşeron rayon sakini Azər Zəbişah oğlu Şahverdiyev tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan plastmas qabdakı dovğanın içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 6,096 qram olan narkotik maddə - həşiş qətranı aşkar edilib.

Son xəbərlər
Bütün xəbərlər »