Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Stoltenberq: Ukraynaya təcavüzdən qorunmaq üçün dəstək verəcəyik
Stoltenberq: Ukraynaya təcavüzdən qorunmaq üçün dəstək verəcəyik

"NATO gərginlik dövründə Rusiya ilə xüsusilə dəyərli olan dialoqa sadiq qalır, lakin eyni zamanda Ukraynanı dəstəkləməyə davam edəcək".

Bizimyol.info TASS-a istinadən xəbər verir ki, bunu Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq Almaniyanın "Welt am Sonntag" qəzetinə verdiyi müsahibəsində deyib.

Onun sözlərinə görə, NATO Ukrayna sərhədindəki vəziyyəti diqqətlə izləyir: “Biz Ukraynaya siyasi və praktiki dəstək verməyə davam edəcəyik ki, ölkə özünü təcavüzdən qoruya bilsin”, - deyən baş katib detalları açıqlamayıb.

"Rusiyanı gərginliyi azaltmağa çağırıram. Eyni zamanda, biz Rusiya ilə dialoqa açıq qalırıq. Gərginlik yüksək olanda dialoq daha vacibdir". Rusiya qoşunlarının sərhəd yaxınlığında toplanması ilə bağlı yayılan məlumatları şərh edən Stoltenberq bunu “blef” kimi qəbul etməyə hazır olmadığını bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »