Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniya və Çexiyada "Omikron" ştammı aşkar edilib
Almaniya və Çexiyada "Omikron" ştammı aşkar edilib

"Cənubi Afrikadan qayıdan Almanniya vətəndaşında yüksək ehtimalla yeni növ koronavirus "omikron" aşkar edilib. Yoluxmuş şəxs evdə təcrid olunub".

Bizimyol.info xəbər verir ki, "gazeta.ru"nun verdiyi məlumata görə, bunu Hessen əyalətinin sosial işlər naziri Kay Kloze "Twitter" hesabında yazıb.

Bundan əlavə, Misirdən qayıdan bir çex qadında, koronavirusunun yeni ştammı "omikron"a yoluxduğu güman edilir. Respublika Səhiyyə Nazirliyində qeyd olunduğu kimi, bu barədə məlumat yaxın vaxtlarda, yekun test nəticələri hazır olduqdan sonra dəqiq məlumat olunacaq.

Noyabrın 26-da Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen xəbərdarlıq edib ki, yeni növ koronavirus bir neçə ay ərzində bütün dünyaya yayıla bilər, ona görə də, hazırda Avropa ölkələrinin birlikdə və çox cəld tədbirlər görməsi vacibdir.

Cənubi Afrikanın Botsvana və Honq Konqda "B.1.1.529" (omikron) adlı yeni "COVID-19" ştammı ilə on yoluxma halı müəyyən edilib. Mütəxəssislərin fikrincə bu da koronavirusun digər variantlarından daha patogen ola bilər. "Omikron" ştammının tərkibində 32 mutasiya variantının olduğu üçün onun yüksək yoluxma qabiliyyətini yüksək olması və vaksinlərə qarşı müqavimətini göstərməsi indiyə qədər müəyyən olunan "COVID-19" variantlarına nisbətən daha çox dəyişiklik xassəsinə malik olduğu bildirilir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »