Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiyanın baş naziri ölkənin müdafiəsini gücləndirəcəyini bildirib
Yaponiyanın baş naziri ölkənin müdafiəsini gücləndirəcəyini bildirib

Baş nazir Fumio Kişida bildirib ki, Yaponiya ətrafında təhlükəsizlik vəziyyəti sürətlə dəyişir və vəziyyət həmişəkindən daha ağırdır.

Bizimyol.info xəbər verir ki, bu barədə "aljazeera" məlumat verib.

Bildirilir ki, Kişida baş nazir kimi keçirdiyi ilk qoşun baxışında bölgədəki təhlükəsizlik vəziyyətinin sürətlə dəyişdiyini və Şimali Koreyanın hərbi imkanlarını inkişaf etdirərkən ballistik raketləri sınaqdan keçirməyə davam etməsi, eləcə də, Çinin hərbi güc tətbiq etməsi ilə “reallığın həmişəkindən daha sərt olduğunu” söyləyib.

Kişida zeytun rəngli dəbilqələrdə və uniformalarda olan Quru Özünümüdafiə Qüvvələrinin yüzlərlə üzvünə müraciətində deyib: “Mən düşmən bazasına zərbə vurmaq qabiliyyətinə sahib olmaq, lazım olan zaman müdafiə qüvvələrini gücləndirmək üçün bütün variantları nəzərdən keçirəcəyəm”.

“Yaponiyanı əhatə edən təhlükəsizlik mühiti görünməmiş sürətlə dəyişir. Əvvəllər yalnız elmi-fantastik romanlarda baş verənlər bu günün reallığıdır”, - Kişida bildirib. O, rəhbərlik etdiyi hökumətin vətəndaşların həyatını qorumaq və onların təhlükəsizliyinin təmin edilməsi üçün "sakit və real" müzakirələr aparacağını söyləyib.

İndi o, Yaponiyanın hərbi qabiliyyətinin və xərclərinin artırılması üçün keçmiş baş nazir Şinzo Abe də daxil olmaqla, nüfuzlu liderlərin razılığını almaq istəyir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »