Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanda kriminal aləmin ondan çox nümayəndəsi saxlanılıb
Ermənistanda kriminal aləmin ondan çox nümayəndəsi saxlanılıb

Ermənistan polisi noyabrın 26-da axşam saatlarında xüsusi əməliyyat keçirərək on nəfərdən çox kriminal aləmin nümayəndəsini saxlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Hüquq-mühafizə orqanları əməkdaşları cinayətkar aləmə qarşı mübarizə çərçivəsində  həyata keçirdikləri əməliyyat  nəticəsində saxlanılanlar arasında keçmişdə müxtəlif cinayətlər törətdiklərinə görə dəfələrlə məhkum olunmuş şəxslər var.

Belə ki,  məlumata görə, ümumilikdə 16 nəfər polis şöbəsinə gətirilib, o cümlədən: “Boqo” ləqəbli Ruben Kostanyan, “Alo” ləqəbli Aleksandr Makaryan, “Zap” ləqəbli Andranik Soqoyan, İrəvan sakini, “qanuni oğru” Armen Manukyan (“Sevo”). Artem Arutyunov (“Artem Kanevski”), Ara Banduryan (“Noratustsi Aro”) və bir çox başqa şəxslər də hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Saxlanılan şəxslərin mənzillərində məhkəmənin qərarı ilə axtarışlar aparılıb, atıcı və kəsici-deşici silahlar, gülləkeçirməz jiletlər, patronlar və s. aşkarlanaraq götürülüb.

Son xəbərlər
Bütün xəbərlər »