Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Omicron" variantı qapanmaların gündəmə gəlməsinə səbəb olub
"Omicron" variantı qapanmaların gündəmə gəlməsinə səbəb olub

"Koronavirusun yeni variantı bir neçə ölkəni səyahət qadağaları kimi məhdudiyyətlər qoymağa vadar edib".

Bizimyol.info xəbər verir ki, "aljazeera"nın məlumatına görə, bir sıra dövlətlər isə "Omicron" ştammının kəskin artdığını nəzərə alaraq qapanmaları daha da sətrləşdiriblər.

Yeni məhdudiyyətlər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni COVID-19 variantı ilə bağlı "narahatlıq"ını elan etməsindən sonra tətbiq edilməyə başlanılıb.

Elm adamlarının çox sayda mutasiyaya malik olduğunu söylədiyi "Omicron" variantı ilk dəfə keçən həftə Cənubi Afrikada aşkar edilib. İqtisadi mərkəz Yohannesburqun və paytaxt Pretoriyanın yerləşdiyi Qauteng əyalətində sürətlə yayılıb.

Bu günə qədər "Omicron"nun ən azı dörd ölkədə aşkar edildiyi barədə məlumat var. Alimlərin fikrincə, "B.1.1.529" olaraq da bilinən mutasiyalar orqanizmin immun reaksiyasını zəifləməsinə səbəb olur. Mövcud peyvəndlərin ona qarşı təsirli olub olmadığını bilmək həftələrlə vaxt apara bilər.

Variantın kəşfinə cavab olaraq, ABŞ, Kanada, Rusiya və bir sıra digər ölkələr Cənubi Afrikanın bir neçə ölkəsindən gələn ziyarətçilərin səyahətini məhdudlaşdırmaq üçün Avropa İttifaqı ilə həmrəy olublar.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »