Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Partlayış baş verən mədəninin direktoru həbs edilib
Partlayış baş verən mədəninin direktoru həbs edilib

“Listvyajnaya” mədəninin direktoru Sergey Maxrakov iki ay müddətinə həbs edilib.

Bizimyol.info xəbər verir bu barədə Rusiya mətbuatı məlumat verib.

“Məhkəmə 51 nəfərin ölümü ilə nəticələnən partlayışda sənaye təhlükəsizliyi qaydalarını pozmaqda ittiham olunan Kuzbassdakı “Listvyajnaya” mədəninin direktoru barədə yanvarın 25-dək iki ay müddətinə həbs-qətimkan tədbiri seçilməsinə qərar verib”, - deyə məlumatda bildirilir.

İstintaqın məlumatına görə, Maxrakovun mədən işlərində metanın təhlükəli konsentrasiyasından partlayış baş verənə qədər noyabrın 25-dək xəbərdar olub. İstintaq Komitəsi onun həbsi ilə bağlı vəsatət qaldırıb, çünki Maxrakov azadlıqda olarkən şahidlərə təsir göstərə və sübutları məhv edə, habelə ədalətdən yayına bilər, deyə bildirib.

Prokuror istintaqın vəsatətini dəstəkləyib. Maxrakovun özü məhkəməni ölkədən qaçmaq fikrində olmadığına inandıraraq ev dustaqlığı istəyib.

Mədənin direktor müavini Andrey Molostov da özünü təqsirli bilməyib. Müstəntiq Molostovun həbsi üçün vəsatət qaldırıb, xüsusən də onun xarici ölkəyə bilet aldığını diqqətə çatdırıb. Təqsirləndirilən şəxs buna cavab olaraq ailəsi ilə birlikdə Maldiv adalarına tətilə getmək və dekabrın 17-də geri dönmək planlarının olduğunu deyib. O, Rusiyadan qaçmaq fikrinin olmadığını bildirib. Prokuror müstəntiqin vəsatətini dəstəkləyib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »