Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəmkir rayonunda bazar yanıb - Video
Şəmkir rayonunda bazar yanıb - Video

Şəmkir rayonunun Sabirkənd kəndində tikinti materialları bazarında yanğın baş verib.

Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 26-dan 27-nə keçən gecə nazirliyin "112" qaynar telefon xəttinə bu barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin müvafiq texnika və canlı qüvvəsi dərhal yanğın baş verən əraziyə cəlb olunub.

Yanğının mürəkkəbliyinə və onun hər an tezalışan və yanar tikinti materiallarının (boya, taxta və s.) saxlanıldığı bir-birinə bitişik mağazalara keçmə təhlükəsinə baxmayaraq, yanğınsöndürənlər tərəfindən görülmüş operativ tədbirlər sayəsində yanğın geniş əraziyə yayılmasının qarşısı alınaraq söndürülüb.

Yanğın nəticəsində ümumilikdə 100m², o cümlədən ümumi sahəsi 70m² olan tikinti materialları mağazası və ofisi, həmin tikiliyə bitişik ümumi sahəsi 20m² olan talvar və talvara bitişik ümumi sahəsi 100m² olan talvarın lambirindən ibarət tavanı 10m² sahədə yanıb. Talvarın qalan hissəsi və digər mağazalar yanğından mühafizə olunub.

Son xəbərlər
Bütün xəbərlər »