Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada sursat zavodunda bir neçə partlayış baş verib
Rusiyada sursat zavodunda bir neçə partlayış baş verib

Nijni Novqorod vilayətinin Dzerjinsk şəhərində Y.M.Sverdlov adına zavodda baş verən partlayışlar nəticəsində ilkin məlumatlara görə, iki işçi xəsarət alıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Fövqəladə hallar xidmətindəki mənbənin TASS-a verdiyi məlumatda bildirilirb.

"Moskva vaxtı ilə 09:52, Nijni Novqorod vilayəti, Y.M.Sverdlov adına FKP zavoduda bir neçə partlayış baş verib. İlkin məlumata görə, zavodda yanğın siqnalı işə düşüb, daha sonra bir neçə partlayış olub. İlkin məlumata görə iki işçi xəsarət alıb", - agentliyə məlumat verən mənbə bildirib.

Fövqəladə Hallar Nazirliyindən də bildirilib ki, zavodun ərazisində partlayıcı maddələrin olması mümkündür. Yanğınsöndürmə briqadaları hadisə yerinə yollanıblar.

Y.M.Sverdlov adına zavod müdafiə məmulatlarının, partlayıcı maddələrin və sənaye kimyasının üçdə birini istehsal edir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »