Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropaya keçmək istəyən miqrantlar ölkələrinə geri qaytarılır
Avropaya keçmək istəyən miqrantlar ölkələrinə geri qaytarılır

Minskdən İraq Hava Yollarının əlavə evakuasiya reysi Belarus hava limanının cədvəlinə daxil edilib.

Bizimyol.info xəbər verir ki, bu barədə "RİA Novosti" hava limanının saytına istinadən məlumat verib.

Bildirilir ki, saytda onlayn uçuş və gəliş lövhəsinə əsasən, bazar günü axşama planlaşdırılıb.

Daha əvvəl "Minsk" milli hava limanı bildirib ki, cümə-şənbə günləri İraq Hava Yollarının iki humanitar reysi gözlənilir ki, bu uçuşlar Belarus ərazisindən keçərək Aİ-yə uğursuz keçməyə cəhd edənlər arasından iraqlı miqrantları Ərbilə aparacaq. Hər iki reys İraq Hava Yolları tərəfindən 420 yerlik Boeing 747-400 təyyarəsi ilə həyata keçiriləcək. Bu reyslərdən birincisinin ilkin olaraq cümə axşamı yerinə yetiriləcəyi gözlənilirdi, lakin əslində, cümə günü gecə yola salınıb. Elan edilmiş uçuşların ikincisi şənbə günü yerli vaxtla saat 22.45-də gözlənilir.

İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd əl-Səhhaf daha əvvəl bildirib ki, hər iki reyslə Belarusdan təxminən 430 iraqlı miqrant, o cümlədən uşaqlar çıxarılacaq. Hazırda nəzərdə tutulan uşuşlardan əvvəl, İraq Hava Yolları üç evakuasiya reysi həyata keçirib və bu uçuşlar Belarus ərazisindən Aİ ölkələrinə keçməyə uğursuz cəhd edənlər arasından müvafiq olaraq 431, 176 və 435 iraqlını vətənlərinə qaytarıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »