Noyabrın 27-də Xəzər dənizində zəlzələ baş verib.
Bizimyol.info xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla zəlzələ saat 03:44-də qeydə alınıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanların maqnitudası 3,4-ə bərabər olub. Zəlzələnin ocağı Xəzər dənizində 62 kilometr dərinlikdə yerləşib.