Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden tezliklə Putin və Zelenski ilə danışa biləcəyini güman edir
Bayden tezliklə Putin və Zelenski ilə danışa biləcəyini güman edir

ABŞ prezidenti Co Bayden cümə günü Rusiya lideri Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski ilə danışa biləcəyini güman edib.

Bizimyol.info xəbər verit ki, bu barədə TASS Ağ Evin mətbuat xidmətinə istinadən məlumat verib.

"Böyük ehtimalla", -deyə onun ailəsi ilə həftəsonunu istirahət etdiyi Nantucketdə jurnalistlərin sualına cavab verdiyi bildirilir.

"Ukraynadakı vəziyyətdən və ölkədə gözlənilən dövlət çevrilişi ilə bağlı məlumatlardan narahat olub-olmadığını" soruşduqda Bayden "Narahatam" cavabını verib. "Qulaq asın, biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik və Ukraynanın özünü idarə etmək qabiliyyətini dəstəkləyirik. Biz hətta ölkənin kənarında hazırlanmış təyiqlərlə bağlı hər şeyə etiraz edirik", - Amerika lideri Ukraynada dövlət çevrilişi ehtimalından danışarkən əlavə edib.

Cümə günü mətbuatla görüşdə Zelenski bildirib ki, dekabrın 1-də ölkədə dövlət çevrilişi hazırlandığı barədə məlumat alıb və iş adamı Rinat Axmetovu işə cəlb etməyə çalışıblar. Zelenski həmçinin bildirib ki, onun verdiyi məlumata görə, Ukraynada dövlət çevrilişi təşkil etmək üçün 1 milyard dollar cəlb edilməsi planlaşdırılır. O, bu vəsaitlərin konkret kimdən gəlməsini açıqlamayıb.

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasında yeni görüşün danışıqlar mərhələsində olduğunu və hələlik bu barədə qəti fikir olmadığını bildirmişdi.

Bizimyol.info

Paylaş »
››› Bakıda qəribə olay: Vəkil qarşı tərəfi döyməkdə günahlandırılır
››› Ərdoğandan Sezen Aksuya sərt sözlər: “Uzanan dilləri qoparmaq vəzifəmizdir”
››› Kremlin aşpazı Putinin yemək sirlərini açıqlayıb
››› Sabiq biznesmen deputat Qarabağ qazisinə "pul atmaqda" ittiham olunur
››› Böyük Britaniya Rusiyanın qonşuluğuna ordu toplayır
››› Hacı Zeynalabdin Tağıyev bu gün sağ olsaydı…
››› Eldar Həsənova hökm oxunub
Son xəbərlər
Bütün xəbərlər »