Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
XİN: "26 noyabr bəyanatında Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib"
XİN: "26 noyabr bəyanatında Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib"

26 noyabr 2021-ci il tarixində Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında keçirilmiş üçtərəfli görüşün nəticələrini müsbət qiymətləndiririk.

"Bizimyol.info" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Soçi şəhərində keçirilmiş görüşü ilə bağlı şərhində qeyd olunub.

Bildirilib ki, görüş nəticəsində Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin imzaladığı bəyanatda Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib:

"Bəyanatda regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə, o cümlədən dəmir yollarının və avtomobil yollarının açılması ilə əlaqədar layihələrin tezliklə həyata keçirilməsi məqamları xüsusilə vurğulanmalıdır.

Münaqişə sonrası mərhələdə Azərbaycan, üçtərəfli bəyanatların tam şəkildə həyata keçirilməsi, bölgədə bütün kommunikasiyaların açılması, iki ölkə arasında delimitasiya prosesinin başlanması və münasibətlərin beynəlxalq hüquq prinsipləri əsasında normallaşması mövqeyindən çıxış edib. Azərbaycan tərəfi, bundan sonra da 26 noyabr Bəyanatında da əks olunmuş aidiyyəti məqamların icrası istiqamətində müvafiq addımlarını davam etdirəcək".

Paylaş »
››› Görüntülərin ünvanı bəlli oldu: "Bilmirik, bu uşaqla necə mübarizə aparaq" - Video
››› "Sonuncu dalğanı da yola salıb koronavirus məsələsini bitirəcəyik"
››› Müəllimləri hədələyən qalmaqallı şagird barədə DİN-dən açıqlama - Video
››› "Bu, "Azəriqaz"ın çörəyinə bais olmaqdır.., yanan zibilə nə sayğac qoyacaqsan?"
››› Arxasınca iki qadın “Sən getdin, elə bil dünya boşaldı” deyirdi... - İslam Rzayevi anırıq
››› 2022-ci ildə daşınmaz əmlak qiymətlərində hansı dəyişiklik gözlənilir
››› Azərbaycanda pensiyaya çıxma şərtləri yumşaldıla bilər
Son xəbərlər
Bütün xəbərlər »