Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Prezidenti: "Regionda vəziyyətin yoluna qoyulması bizim üçün xüsusi əhəmiyyət daşıyır"
Rusiya Prezidenti: "Regionda vəziyyətin yoluna qoyulması bizim üçün xüsusi əhəmiyyət daşıyır"

“Bu gün bir il ərzində görülən işləri müzakirə etmək üçün toplaşmışıq. Ötən müddət ərzində çox işlər görülüb”.

“Report” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Azərbaycan, Ermənistan, Rusiya liderlərinin Soçi şəhərindəki görüşündə bildirib.

Hələlik bəzi məsələlərin həll olunmadığını qeyd edən Rusiya Prezidenti deyib: “Sərhəddə baş verən faciəli hadisələr zamanı hər iki tərəfdən insanlar həyatını itirir. Bu kimi hallara biz tərəfdən xüsusi diqqət yetirilməlidir”.

Regionda dinc həyatın qurulması çərçivəsində üç ölkənin baş nazir müavinlərindən ibarət işçi qrup yaradıldığını xatırladan V.Putin bildirib ki, yaxın vaxtlarda nəqliyyat yollarının açılması ilə bağlı həmin qrupun səlahiyyətləri təsdiqlənməlidir.

Rusiya Prezidenti həmçinin qeyd edib ki, həm Azərbaycanla, həm də Ermənistanla münasibətləri xüsusi xarakter daşıdığı üçün regiondakı vəziyyətin yoluna qoyulması da onlar üçün xüsusi əhəmiyyət kəsb edir.

"Üç tərəf, o cümlədən Rusiya kommunikasiyaların açılması məsələsində maraqlıyıq. Yaxın zamanda sərhədlərin delimitasiya və demarkasiyası üzrə işlərin yoluna qoyulması məsələləri üzərində işləyirik. Aydındır ki, bu məsələ mürəkkəbdir. O, bizə Sovet İttifaqı vaxtından qalıb. O vaxt dəqiq sərhəd olmayıb. Biz bu məsələni müzakirə etməliyik".

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »