İki gün əvvəl Fransanın Pas-de-Kale şəhərindən İngiltərəyə gedən bir qayığın batması nəticəsində ən az 27 miqrantın ölümü ilə nəticələnən fəlakətdən sonra İngiltərə ilə Fransa arasında yeni böhran yaşanıb.
Bizimyol.info xəbər verir ki, Fransanın Daxili İşlər naziri Geral Darmanin gələn bazar günü britaniyalı həmkarı Priti Patel ilə görüşü ləğv edib. Ləğv qərarına Böyük Britaniya prezidenti Boris Consonun Fransa prezidenti Emmanuel Makrona göndərdiyi məktub və Fransanın Böyük Britaniyaya gələn mühacirləri geri qaytarmasını tələb etməsi səbəb olub.
Nazir Darmanin deyib: “Biz İngiltərə baş nazirinin açıq məktubunu qəbuledilməz və həmsöhbətlərimiz arasında apardığımız müzakirələrə zidd hesab edirik.
Məktub məyusedici vəziyyəti daha da pisləşdirdi".
Qeyd edək ki, bazar günü Fransanın ev sahibliyi edəcəyi toplantıda Belçika, Hollandiya, Almaniya və Avropa Komissiyasının iştirakı ilə miqrant böhranı müzakirə olunacaq.
Leyla, Bizimyol.info