Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Barmaq şaqqıltılarının əsl səbəbi
Barmaq şaqqıltılarının əsl səbəbi

Bəzi insanlar hər iki əlinin barmaqlarını bir-birinə bağlayaraq və uzadaraq səslər çıxarırlar. Çoxumuz buradan gələn səslərin sümükdən gəldiyini düşünürük və hətta narahat oluruq. Amma nədənsə bunu edən şəxslər bununla rahatlaşdıqlarını deyirlər.

Ən çox və asanlıqla şıqqıldayan yerlər bədənimizdə ən çox sürtünmə edən birləşmələrdir. Bu tip oynaqlarda, məsələn, barmaqlarımızda, iki sümüyün birləşdiyi yerlərdə birləşdirici kapsullar var. Barmaqlarımız gərilib, oynaqlarımız düz olanda bu kapsul da uzanır.

Bu kapsulun içərisində isə sümüklərin hərəkəti zamanı onları yağlayan bir maye var. Bu mayedə həll olunmuş Oksigen, Azot və Karbon Dioksid qazları var.

Şıqqıltının səbəbi bu mayenin təzyiqi azalması və qaz balonlarının partlamasıdır. Qazlar bolnlarının partlaması nəticəsində bu mayeni tərk edir, maye daha da genişlənir və oynaqların hərəkətliliyini artırır.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »