İran İslam Respublikasının Atom Enerjisi Agentliyinin rəhbəri Behruz Kəmalvəndi bildirib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (MAQATE) İrana qarşı qeyri-adekvat davranışları ilə bağlı dəfələrlə xəbərdarlıq edilib.
Bizimyol.info xəbər verir ki, bu barədə İRNA məlumat verib.
İran Televiziyasının Xəbər Kanalına açıqlama verən Kəmalvəndi: "Dünya gücləri İranda dinc nüvə sənayesini siyasiləşdirib, lakin İran dinc nüvə sənayesinin arxasındadır və bütün fəaliyyətlərini üzərinə götürdüyü öhdəliklər çərçivəsində həyata keçirir".
Kəmalvəndi deyib ki, bu məsələlər MAQATE direktorunun bu həftə Tehrana səfəri zamanı vurğulanıb.
“İranın bəzi xahişləri var idi və bunlar MAQATE rəhbəri ilə danışıqlarda irəli sürüldü. Danışıqlarda yaxşı irəliləyiş əldə olundu, lakin vaxt azlığı səbəbindən bütün məsələləri bitirə bilmədik”, - deyə Kəmalvəndi bildirib.
Bizimyol.info