1985-ci ildə “National Geographic”in üz qabığında yer alan, yaşıl gözlü "Əfqan qızı" kimi yadda qalan Şərbət Qula İtaliyaya sığınıb.
Bizimyol.info xəbər verir ki, Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra Qula ölkəni tərk etmək istəyən zaman İtaliya hökuməti ona kömək edib. Daha sonra isə İtaliyanın Baş nazir Mario Draqi Qulanın İtaliyada olduğunu açıqlayıb.
Qeyd edək ki, sözü gedən şəkil 1985-ci ildə Pakistan-Əfqanıstan sərhədindəki qaçqın düşərgəsində yaşayarkən ABŞ fotoqrafı Stece McCurry tərəfindən çəkilib.
2016-cı ildə Pakistan saxta şəxsiyyətə etiraz etdiyi üçün Qula ölkədən deportasiya edilib. O, Əfqanıstana qayıdanda ölkənin o vaxtkı prezidenti Əşrəf Qani onu qarşılayıb və yeni mənzilin açarını vermişdi.
Leyla, Bizimyol.info