Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Son 3 ayda uşaqlar arasında yoluxma sayı artıb”
“Son 3 ayda uşaqlar arasında yoluxma sayı artıb”

Türkiyə həkimi Zəfər Kurugöl uşaqlar arasında “Covid-19”a yoluxma hallarının xeyli artdığını bildirib.

Bizimyol.info xəbər verir ki, həkim açıqlaması zamanı bildirib ki, iyul ayından bu yana dünyada delta variantına yoluxan uşaqların sayında kəskin artım müşahidə edilir.

“İyul ayında bu rəqəm 6 faiz idi. Oktyabrın sonundan etibarən 37 faizə yüksəlib. Uşaqlarda yoluxma hallarının artması ilə paralel olaraq reanimasiyaya ehtiyacı olan ağır xəstələrdə də artım var”.

Uşaqlarının peyvənd olunmasını tövsiyə edən həkim qeyd edib ki, 12-18 yaş arası uşaqları olan ailələr onları peyvənd etməkdən çəkinməməlidirlər.

“Xüsusilə xroniki xəstəliyi varsa mütləq peyvənd edilməlidir. Çünki bu yaş qrupunda peyvəndlərin təsirli və qoruyucu olduğu bir çox araşdırmalar sübuta yetirilib.

Biz bilirik ki, onun çox az yan təsirləri var və təhlükəsizdir. Digər peyvəndlərdən fərqlənmir. Hazırda inkişaf etmiş ölkələrdə milyonlarla uşaq peyvənd olunub. ABŞ-da peyvənd yaşı 5 yaşa enib. Avropa Birliyi ölkələri də peyvənd yaşını 5 yaşa qədər artırmağı düşünür. Uşaqlara təkcə Biontech deyil, Sinovac peyvəndi də tətbiq olunur. Məsələn; Çin, Çili, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyndə Sinovac peyvəndi 3 yaşdan yuxarı uşaqlara vurulur.

Bir çox tədqiqatlar peyvəndin uşaqlarda təhlükəsiz və təsirsiz olduğunu göstərir. Bu səbəbdən sağlam uşaqlar da daxil olmaqla 12 yaşdan yuxarı bütün uşaqların peyvənd edilməsini tövsiyə edirir”.

Leyla, Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
››› "Görüntünü mühakimə etdikdə mahiyyət kənarda qalır"
Son xəbərlər