Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünya koronavirusun yeni növünün həyəcanını yaşayır - "Düşmən gözlənilməzdir"
Dünya koronavirusun yeni növünün həyəcanını yaşayır - "Düşmən gözlənilməzdir"

Cənubi Afrikada yayıldığı aşkar edilən yeni koronavirus növü ciddi narahatlıq doğurub.

Bizimyol.info "haberglobal"a istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) mövcud peyvəndlərin yeni varianta qarşı az təsir göstərəcəyindən ehtiyatlanır.

Cənubi Afrikada "B.1.1.529" kodu ilə tanınan yeni koronavirus variantı çoxlu sayda mutasiyaya məruz qaldığı üçün yoluxma riskinin yüksək ola biləcəyi ehtimal edilir. Son məlumata görə, ÜST bu gün xüsusi olaraq yeni variantin müzakirəsi üçün toplantı keçirmək qərarına gəlib.

Cənubi Afrikanın Milli Yoluxucu Xəstəliklər İnstitutu, bu variantın dünən 22 nəfərdə aşkar edildiyini bildirərək, yoluxanların daha çox ola biləcəyindən ehtiyat edir. İnstitut, virusun genetik quruluşunu anlamaq üçün variantın analizlərinin davam etdiyini bildirdi.

İnstitutdan bildirilib ki, məlumatlar məhdud olsa da, ekspertlər yeni variantın nə olduğunu və onunla bağlı fəsadları anlamaq üçün çox çalışırlar. Cənubi Afrikanın Səhiyyə Naziri Joe Phaahla: "Əsas odur ki, bu görünməz düşmən gözlənilməzdir", -deyərək cənubi afrikalıları maska ​​taxmağa, sosial məsafəyə diqqət yetirməyə və peyvənd olunmağa çağırıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu variantın "narahatlıq variantı" kateqoriyasına aid olub-olmamasını da araşdırır. Tədqiqatlarının davam etdiyini qeyd edən ÜST eksperti Mari van Kerkhove, variantın təsirlərinin nə ola biləcəyini anlamaq üçün bir neçə həftə çəkə biləcəyini söylədi.

Bizimyol.info

Paylaş »
››› "Mənə telefonu verən Ziya Məmmədovdur, deməli, qaytarmalıyam, məhkəməyə gəlsin"
››› Ulduz  falı: 08 dekabr, 2021-ci il – Köhnə əlaqələri yeniləyə bilərsiniz
››› “AZAL prezidentinin əmri ilə haqqımda 8 il həbs hökmü hazırlanıb”
››› Camaatdan pul qoparmaq üçün “sonuncu fırıldaq”: “İki ildir paylayırıq”
››› Bürclərin xarakterik xəstəlikləri hansılardır...
››› 13 rəqəmi və ya güzgünün sınması təhlükəlidirmi...
››› Şaxta Babanın Türkiyədəki vətəni haqqında nə bilirik... - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »