Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Payız-qış aylarında ürək xəstəlikləri niyə şiddətlənir...
Payız-qış aylarında ürək xəstəlikləri niyə şiddətlənir...

Elmi araştırmalara görə, havalar soyuduqca ürək-damar xəstəlikləri də artır.

Xüsusilə ürək atışının sürəti və təzyiqin soyuq hava səbəbilə artması ürəyin yükünü də artırır.

Artan yük xüsusilə ağır yeməklər və ağır iş şəraiti ilə birləşən zaman infarkt qaçınılmaz olur. Bu səbəblə soyuq havada çox gəzmək sağlamlıq üçün, ürək üçün təhlükəlidir. Qısa müddətli və fasiləli gəzmək, ürəyi və təzyiqi çox yormamaq məsləhət görülür.

Terapevt Məlahət Abbasova Bizimyol.info-ya açıqlamasında bildirib ki, payız-qış aylarında günəş işığı azaldığı üşün D vitamini yaranması da azalır. D vitamini çatışmazlığı isə təzyiq və ürək çatışmazlığından əziyyət çəkənlər üçün çox önəmlidir.

Azalan gün işığı və artan gecə saatları hormon balansına da təsir edir. Bu səbəbdən yuxusuzluq yaranır. Hərəkətsizlik insulin istehsalını dəyişdirir: “Buna görə həddən artıq karbohidratlı məhsullardan uzaq durmaq lazımdır. Çünki karbohidrtalı məhsullar piylənməyə və çəkinin artmasına səbəb olur. Bədəndə su balansı da pozulur və böyrək çatışmazlığı müşahidə edilir. Qida rasionunda duzu azaldıb, bol miqdarda su içmək lazımdır”.

Həkim bildirir ki, qış aylarında tez-tez müşahidəe dilən qrip və buna bənzər virüs infeksiyaalrı damar divarlarının sağlamlığını azaldır. Bu da damar sərtliyi və damarların partlamasına səbəb ola bilər. Və yaxud damarlarda tıxanma yarana bilər. Bu səbbədən də qış aylarında ürək ağrı şikayətləri daha çox artır.

Nədir ürək ağrısı?

Sinədə acı bibər tökülmüş kimi yanma hissi, boğazda sıxılma, sinənin üzərində yük varmış kimi ağırlıq, sol qolun, sol əlin kiçik və üzük barmağına vuran ağrı və ya çənənin sol tərəfinə bəzən boyun və kürəyə vuran ağrı ürək ağrısının əalmətləridir.

Ürək ağrıları ürəyi qidalandıran damarların daralması ilə müydana gəlir. Daralan damarlar ürəyin qan ehtiyacını qarşılaya bilmədiyi üçün sinədə ağrı hiss etməyə başalayırıq. Bu damarlar 60-70 faiz daralmayana qədər heç bir əlamət göstərmir. Bu səviyyədən sonra gəzdiyiniz zaman, yoxuş çıxan zaman, pilləkənlərlə qalxan zaman ortaya çıxır, 1-2 dəqiqə istirahətlə və dilaltı dərman qəbul etdikdən sonra sakitləşir.

Bu vəziyyət 1-2 dəqiqəyə keçirsə, ürəklə bağlı problemdir. Yox, əgər 10-15 dəqiqəyə keçirsə, artıq bu digər problemlərin fəsadıdır: “ İsti otaqda oturduqdan sonra soyuq havaya çıxmaq, soyuğun üzümüzə vurması ilə üzümüzdəki və üryəimizdəki damarlar refleks olaarq spazm verir. Və bu zaman sinəmizdə ağrı hiss edə bilərik. Bu spazm infarkt keçirməyə səbəb ola bilər. Qış aylarında infarkt halalrnın artmasının səbəblərindən biri də elə budur. Əgər yol gedərkən, yoxuş çıxarkən, pilləkınlərlə qalxarkən sinənizə ağrı gəlirsə, yanma hissi, ağırlıq çökürə, boğazda sıxışma, sol çiyində və sol qolda ağrı yaranırsa və bu şikayələr 1-2 dəqiqə istirahət etməklə keçirsə,mütləq kardioloqa müraciət edin”.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »