İraq Hava Yollarına məxsus təyyarə noyabrın 26-da Minsk Milli Hava Limanından iraqlı miqrantlarla birlikdə Ərbilə uçub. Bunu Minsk hava limanının onlayn tablosundakı məlumat sübut edir.
Bizimyol.info TASS-a istinadən xəbər verir ki, müqrantları ölkələrinə aparan ikinci təyyarə bu gün- noyabrın 26-da saat 02:45-də Minskdən Ərbilə uçub.
Bir gün əvvəl Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz Avropa tərəfinin İraq aviaşirkəti ilə razılaşmalara əməl etməməsi səbəbindən Belarus reysinin ləğv edildiyini açıqlamışdı.
Noyabrın 22-də 118 miqrant Minskdən vətənlərinə qaytarılıb.
Noyabrın 18-də bildirilib ki, əvvəllər Belarus-Polşa sərhədi vasitəsilə Aİ-yə daxil olmağa cəhd etmiş İraq vətəndaşlarının birinci qrupu Minsk-Bağdad reysi ilə İraq Hava Yollarına məxsus ixrac reysi ilə könüllü olaraq Belarusu tərk edib.
Mövcud məlumata görə, 300-ə yaxın insan vətənə qayıtmaq arzusunda olduğunu bildirib.
Noyabrın 16-da İraq Xarici İşlər Nazirliyi Belarus və Polşa sərhədində vətənlərinə qayıtmaq istəyən vətəndaşlardan 170 müraciətin qeydə alındığını açıqlayıb.
Noyabrın 8-də Belarusun Latviya, Litva və Polşa ilə sərhədində miqrant axınının artması səbəbindən böhran kəskin şəkildə artmışdı.
Bizimyol.info