Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan tərəfi iki nəfəri Ermənistana verdi
Azərbaycan tərəfi iki nəfəri Ermənistana verdi

"Azərbaycan Respublikası humanizm prinsiplərini növbəti dəfə əsas tutaraq 26 noyabr 2021-ci il tarixdə 2 nəfər erməni əsilli şəxsi Ermənistan tərəfinə təhvil verib".

Bizimyol.info xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında belə deyilir.

"Sözügedən şəxslərdən biri 16 noyabr 2021-ci il tarixdə Ermənistanın təxribatları nəticəsində dövlət sərhədində baş vermiş döyüş əməliyyatları zamanı yaralı vəziyyətdə saxlanılan 03.03.1993-cü il təvəllüdlü Aramyan Arin Jirayeviçdir. Bu müddət ərzində Aramyan Arinə zəruri tibbi yardım göstərilərək müalicəsi təşkil edilib.

Təhvil verilmiş digər şəxs - 13.09.2000-ci il təvəllüdlü Musaelyan Mihran Ernest Ağdam rayonu istiqamətində Azərbaycan hərbi qulluqçularının xidmət etdiyi əraziyə daxil olarkən saxlanılıb.

Aparılan ilkin araşdırmalar nəticəsində Musaelyan Mihranın mülki şəxs olduğu və yolu azaraq Azərbaycan hərbi qulluqçularının xidmət apardığı əraziyə daxil olduğu müəyyən edilib", - deyə məlumatda bildirilir.

Paylaş »
››› Soçidə qazandıqlarımız və itirə biləcəklərimiz
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Yuxuda "cənnət meyvəsi" nar görməyin yozumu nədir...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Sahibsiz itlər təzə maşını parçalayıblar - Video
››› Yaponiyada "yaddaş silmək" təcrübəsi - Tibbdə maraqlı yenilik
Son xəbərlər
Bütün xəbərlər »