Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həyat yoldaşı canlı yayımda prezidentin qulağını çəkib - Video
Həyat yoldaşı canlı yayımda prezidentin qulağını çəkib - Video

Braziliya prezidenti Bolsonaro növbəti dəfə cinsi ayrıseçkilik zarafatı edib. Lakin bu dəfə arvadını hədəfə alan dövlət başçısı onun qəzəbindən qurtula bilməyib. Birinci xanım Mişel Bolsonaro prezidentin qulağını çəkərkən kameralara tuş gəlib.

Bizimyol.info xəbər verir ki, bu barədə CNN-Türk məlumat yayıb.

Braziliya prezidenti Bolsonaro və xanımı hərbi məktəbin açılış mərasimində iştirak ediblər. Bolsonaro burada kürsüyə qalxaraq açıqlamalar verib. Həmişə ac olduğunu və yeməkləri ayırd etmədiyini deyən Bolsonaro əslində yemək deyil, qadınları nəzərdə tutan zarafat edib. Mişel Bolsonaronun qəzəbli ola biləcəyini təxmin edərək, özünü xilas etməyə çalışıb. "Bilirəm bu gecə divanda yatmaq məcburiyyətində qalcam", - deyə yenə zarafatla edib. Gülməyə başlayan Bolsonaro oturduğu zaman gözlənilməz reaksiya alıb. Həyat yoldaşı dövlət başçısının qulağını çəkərək zarafatın əvəzini çıxıb.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »