Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lirənin ucuzlaşması Türkiyəyə nə vəd edir...
Lirənin ucuzlaşması Türkiyəyə nə vəd edir...

Lirə noyabr ərzində kəskin dəyər itirməyə başlayıb. Təkcə bu ay 20 faiz zəifləmədən söhbət gedir. Nisbətən sabitlik nəzərə çarpsa da, yaxın gələcəkdə lirənin əvvəlki mövqeyi qaytaracağı gözlənilmir. Bəs lirənin ucuzlaşması Türkiyəyə nə vəd edir?

Bizimyol.info xəbər verir ki, Qərb mətbuatında bununla bağlı bir neçə yazı diqqət çəkir. Həmin məqalələrdə bir sıra ekspertlərin fikri soruşulub. Ortaya maraqlı nüanslar çıxıb.

Qabardılan məqamlardan biri odur ki, banklardakı əmanətlərin dollar payı çox artıb. Yəni Türkiyə əhalisi ABŞ valyutasına daha çox güvənməyə başlayıb. Əmanətlərin ümumi həcminin 55 faizi dolların payına düşür. Söhbət 260 milyard dollardan gedir. Üç il əvvəl bu göstərici 49 faizdən yüksək deyildi. Yəni yerli valyutaya yetərincə bel bağlamamaq yaxşı nəticələr vermir.

İkinci planda inflyasiya gəlir. Türkiyədə qiymətlər çox artıb. Bu il təkcə ərzaq məhsulları 27 faiz bahalaşıb. Mütəxəsislər il başa çatana qədər rəqəmlərin daha yüksək olacağını ehtimal edir.

Hesab olunur ki, xarici kreditorlar əvvəlki böhranlara nisbətən bu dəfə daha ehtiyatlı davranır. Bu o deməkdir ki, ümumi maliyyə sisteminə təzyiq artacaq. Banklar ölkədaxili kreditləri maliyyələşdirmək üçün xarici borclanmadan çox asılı olduğundan, hadisələrin gedişi ürəkaçan görünmür.

Üç il əvvəl lirə bir gün ərzində 18 faizdən çox dəyər itirəndə əsas narahatlıq dollar və avro ilə olan kreditlərin necə ödənilməsiylə bağlı idi. İndi Türkiyə müəssisələri bunun öhdəsindən gəlməyə daha hazır görünürlər. Amma 2017-dən bəri xarici valyuta borcunun yalnız artması bir az bədbinliyə əsas verir.

Bütün ekspertlərin dediklərini təhlil edəndə Türkiyənin bu böhranın öhdəsindən gəlmək imkanlarının tükənmədiyi qənaəti yaranır. Qardaş ölkə valyutası kəskin dəyər itirən yeganə dövlət də deyil. Misir, Rumıniya və Şri-Lanka da böhranı geridə qoymağa çalışır.

Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
››› "Görüntünü mühakimə etdikdə mahiyyət kənarda qalır"
Son xəbərlər