Bu gün Soçidə Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında 9 noyabr 2020-ci il tarixində atəşkəs bəyannaməsi və Dağlıq Qarabağ münaqişəsi zonasında bütün hərbi əməliyyatların dayandırılmasının ildönümünə həsr olunmuş üçtərəfli danışıqlar keçiriləcək.
Bizimyol.info xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat verib.
Bildirilir ki, görüş Rusiya dövlət başçısının təşəbbüsü ilə keçirilib.
Kremldən bildirilib ki, üç ölkə liderinin 2020-ci il 9 noyabr və 2021-ci il yanvarın 11-də əldə etdiyi razılaşmaların icrasına baxılması, o cümlədən regionda sabitliyin möhkəmləndirilməsi və dinc həyatın bərqərar olması üçün gələcək addımların konturlarının müəyyən edilməsi planlaşdırılır. Eyni zamanda, ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və inkişafı məsələlərinə xüsusi diqqət yetiriləcək.
Rusiya prezidentinin mətbuat xidməti Putinlə Əliyev və Paşinyan arasında təkbətək danışıqların da nəzərdə tutulduğunu bildirib.
Bizimyol.info