Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bizim Yol" gender əsaslı zorakılığın mediada işıqlandırılması layihəsinə başlayır
"Bizim Yol" gender əsaslı zorakılığın mediada işıqlandırılması layihəsinə başlayır

Qadın zorakılığı ailələri məhv edir, dağıdır. Zorakılıqdan qadın da, kişi də, yaşlılar da, uşaqlar da təsirlənir. Ailələrdə üzləşdikləri zorakılıq qadınlara iqtisadi baxımdan inkişafa mane olur, cəmiyyəti yoxsulluğa sürükləyir.

25 noyabr BMT-nin Baş Məclisi tərəfindən 1999-cu ildə Qadın Zorakılığına qarşı Mübarizə günü elan edilib. Əslində bu tarix, 1960-cı ildə Dominikan Respublikasında prezidentin əmrinə görə 3 şəfqət bacısının öldürülməsilə əlaqələndirilir. Bu səbəblə, qadınlara qarşı zorakılığın rəmzi ağ lentdir.

Dünyada qadınların təxminən 70 faizi məişət zorakılığından əziyyət çəkir. Dünyada olan qadın və qızların təxminən 35 faizi həyatında bir dəfə fiziki və ya cinsi zorakılığa məruz qalır. Qadınlara qarşı zorakılıq, təhsil və maddi vəziyyətindən asılı olmayaraq cəmiyyətin bütün təbəqələrində müşahidə edilir.

Qadınlar öz hüquqları uğrunda mübarizə aparmasalar, bu zorakılıq hər zaman davam edəcək.

"Bizim Yol" MMC - Bizimyol.info saytı bu gündən etibarən gender əsaslı zorakılığın mediada işıqlandırılması məqsədilə “DAYAN və DƏYİŞ" layihəsinə başlayır. Layihə çərçivəsində Azərbaycanda gender bərabərsizliyi, Azərbaycanda zorakılıq növləri, Azərbaycan qadının məruz qaldığı zorakılıq növləri, cinsi ayrı-seçkilik və s. bu istiqamətdə araşdırma və müəllif yazıları yer alacaq. Layihə 8 Mart 2022 tarixinə qədər davam edəcək. Bu tarixə qədər Azərbaycanda gender əsaslı zorakılıq, məişət zorakılığı və qadınların məruz qaldıqları zorakılıq hadisələri bağlı qadın hüquqlarının müdafiəsində mübarizə aparan mütəxəsislər və məsul şəxslərlə hazırlanmış müsahibələr və vizual materiallar da yayımlanacaq.

Zorakılıq bütün dünyada cəmiyətin təməl problemlərindəndir. Bu mövzuda maarifləndirmə və zorakılıq hallarının qarşısının alınmasına dəstək məqsədilə araşdırmalarımız davam edəcək. Dayanıb, yenidən Dəyişənə qədər...

İlahin, Bizimyol.info

Bu yazı "Bizim Yol" MMC - Bizimyol.info xəbər portalı tərəfindən gender əsaslı zorakılığın mediada işıqlandırılması məqsədilə "DAYAN və DƏYİŞ" Layihəsi çərçivəsində hazırlanıb.

Paylaş »
››› Azərbaycanda "təmiz ətir" biznesi: Məşhur mağazalar da saxtakarlıq edir
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Gürcüstanda qətlə yetirilən gəncin soydaşımız olduğu məlum olub
››› Bayden: "Mən heç bir qırmızı xətt tanımıram"
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
Son xəbərlər
Bütün xəbərlər »