Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya və Serbiya qazın qiyməti ilə bağlı razılığa gəlib
Rusiya və Serbiya qazın qiyməti ilə bağlı razılığa gəlib

Rusiya növbəti altı ay ərzində Serbiya üçün qazın qiymətini 270 ABŞ dolları səviyyəsində saxlayıb.

"Report" xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç Soçidə rusiyalı həmkarı Vladimir Putinlə danışıqların yekunlarına əsasən bildirib.

Vuçiç qeyd edib ki, fevralın sonuna qədər ölkəsinin 30 milyon kubmetrə yaxın qaza ehtiyacı var, may-iyun aylarında isə 4-5 milyon kubmetr qaz lazımdır:

"Prezident Putin Serbiyaya müstəsna dostluq nümayiş etdirdi: qazın qiymətini inanılmaz dərəcədə 270 dollara ala bildik. Bizim üçün qiymət dəyişmir, eyni olaraq qalır. Altı ay ərzində qazın həcmini, eləcə də təchizatın çevikliyini artırmaq barədə razılığa gəldik".

"Hazırda Avropada 70 milyard kubmetr qaz qıtlığı var. Deməli, bu, bizim üçün xilas kimidir, nə işıq, nə də qaz problemimiz olacaq", - Serbiya lideri əlavə edib.

Paylaş »
››› Azərbaycanda "təmiz ətir" biznesi: Məşhur mağazalar da saxtakarlıq edir
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Gürcüstanda qətlə yetirilən gəncin soydaşımız olduğu məlum olub
››› Bayden: "Mən heç bir qırmızı xətt tanımıram"
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Baydenin səhhətində problemlər yaranıb
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
Son xəbərlər
Bütün xəbərlər »