Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qızlar məktəbi bitirən kimi ailələr cehiz hazırlamağa başlayırlar"
"Qızlar məktəbi bitirən kimi ailələr cehiz hazırlamağa başlayırlar"

“Gender problemi ilə əlaqədar ən yanlış fikir bunun yalnız qadınlara aid məsələ olması fikridir". Qeyd edək ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Dövlət qulluğunda gender bərabərliyi üzrə kurikulum" vəsaitinin təqdimat mərasimində deyib.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin sözlərinə görə, bu, cəmiyyətin problemidir və qadınların fəal iştirakı cəmiyyətdə əlavə dəyər yaranmasına, fəaliyyətlərin çeşidlənməsinə səbəb olur. Avropada iqtisadatçılar iqtisadi artım tempini gender bərabərliyi ilə əlaqələndirir. DİM sədri həmçinin bildirib ki, son 15 ildə ali məktəblərə qəbulda texniki ixtisasları seçən qızların sayı kifayət qədər artıb.

M.Abbaszadə həmçinin əlavə edib ki, peşə imkanları olmayanların çoxu erkən nikahın qurbanı olur, öz haqlarını müdafiə etmir, onlara qarşı kobud rəftara dözməli olurlar.

“Bəzi regionlarda 9-cu sinif buraxılış imtahanlarından sonra orta təhsildə qızların sayında kəskin azalma olur. Bu da erkən nikah və ya qızların təhsildən uzaq tutulması tendensiyalarından xəbər verir" - deyə M.Abbaszadə əlavə edib.

XXI əsrdə qız uşaqlarının təhsildən yayındırılması çox acınacaqlı vəziyyətdir. Bunun qarşısını almaq üçün isə, vətəndaşları maarifləndirmək lazımdır.

Təhsil məsələləri üzrə ekspert Qoşqar Məhərrəmov Bizimyol.info saytına açıqlamasında bildirib ki, bu məsələ, bu gün realdır. Yəni, bəzi insanlar düşünür ki, onun övladının təhsil almasına ehtiyac yoxdur.

Qoşqar Məhərrəmov Qoşqar Məhərrəmov

“Bəzi ailələr hesab edir ki, qız uşaqlarının ali təhsil almasına ehtiyac yoxdur. Doqquzuncu sinifə qədər aldığı təhsil qıza bəsdir. Ailələrin planı qızların orta məktəbi bitirən kimi ailə qurması ilə bağlı olur. Və cehiz hazırlamağa başlayırlar” - deyən ekspert bildirir ki, insanlar bu məsələlərə çox konservativ və seksist yanaşırlar.

Q.Məhərrəmov deyir ki, insanlar uşaqlarını körpə yaşlarında uşaq kimi sevir, əzizləyir. Ancaq həddi-buluğa çatanda onu qız-qadın və oğlan kimi ayrı-seçkilik etməyə, onları cinsi obyekt kimi görməyə başlayırlar. Onların normal uşaq kimi böyüməsinə, inkişaf etməsinə, həyatda özünə yer tapmasına mane olurlar.

“Bəzi valideynlər gənc nəslin yetişməsinə, normal inkişaf etməsinə, normal insan kimi formalaşmasına mane olur. Bəzi konservativ düşüncələr, gələcəkdə bu uşaqlaırn quracaqları ailələrin problemli olacağına dəlalət edir. Onların özlərinin də gələcəkdə yetişdirəcəyi uşaqların da problemli olacağına, təhsilsiz, cılız düşüncəli olacağına zəmin yaradır” - deyən ekspert hesab edir ki, qız uşaqları mütləq şəkildə təhsil almalıdır.

Mütəxəssisin fikrincə, qızların təhsil alması məsələsi istiqamətində maarifləndirmə işləri aparılmalıdır.

İlahin, Bizimyol.info

Bu yazı "Bizim Yol" MMC - Bizimyol.info xəbər portalı tərəfindən gender əsaslı zorakılığın mediada işıqlandırılması məqsədilə "DAYAN və DƏYİŞ" Layihəsi çərçivəsində hazırlanıb.

Paylaş »
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› “Trendyol” birbaşa Azərbaycana sifariş göndərəcək: Vasitəçilərin aqibəti necə olacaq?
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
››› Putinin milyonçu etdiyi qohumu üzə çıxıb
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
››› Direktorların ucbatından minlərlə şagird tam orta təhsil ala bilmir
Son xəbərlər
Bütün xəbərlər »