Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yuxuda heyvanları görməyin açması nədir - Yuxuyozma
Yuxuda heyvanları görməyin açması nədir - Yuxuyozma

Günün stresindən, yorğunluqdan yaxa qurtarmaq üçün yatırıq. Yuxu, insan orqanizminin güclənməsi və itirilən enerjinin bərpası üçün çox önəmlidir. Ancaq bəzən yatdığımız zaman gördüyümüz yuxular bizə rahatlıq vermir. Hövlanak oyanıb gördüyümüz yuxunu yozmağa çalışırıq. Telefonu əlimizə alıb axtarırıq. Bəzən qarşımıza xeyirli yozmalar, bəzən isə, bizi incidən şərhlər çıxır. Əslində gördüyünüz yuxuları inandığınız insanlara danışmalısınız. Çünki yuxunuz necə yozulursa, onu yaşayarsınız.

Bu dəfə yuxuda müxtəlif heyvanların görülməsini şərh edəcəyik:

Yuxuda pişik görmək

Yuxuda pişik görmək, yuxu görən şəxsin övlad sahibi olacağına işarə edər. Yuxu görən şəxs qadındırsa, həyat yoldaşı tərəfindən sıxıntı çəkəcəyinə və ətrafında düşmənlərin artacağına işarədir. Yuxuda pişik görmək, eyni zamanda ikiüzlü və yalançı kişi ilə tanış ola biləcəyinizin də xəbərçisidir.

Yuxuda dişi pişik görmək

Yuxuda dişi pişik, pis xarakterli bir qadının varlığının xəbərçisidir. Yuxuda görülən dişi pişik ev pişiyidirsə, yuxu sıxıntıların bitməsindən xəbər verir.

Yuxuda görülən dişi pişik küçə pişiyidirsə, problemli bir vəziyyətlə qarşılaşacaqsınız.

Dişi pişiyin cırmaq atması, bir il müddətində xoşbəxtliyə qovuşmaq deməkdir.

Yuxuda qara pişik

Yuxuda qara pişik görən şəxs, özü də səbəbini bilmədiyi bir sıxıntıya düşəcək. Uzun müddət narahatlıq içində yaşayacaq.

Yuxuda ağ pişik

Yuxuda ağ pişik görmək isə, yuxu sahibinin ailə problemləri yaşadığını və tez bir zamanda bu problemlərdən azad olacağından xəbər verir. Yuxuda ağ pişik balası görmək, yuxu sahibinin etdiyi səhvlər üzündən özünü çətinliyə saldığı və narahat bir dövr keçirəcəyindən xəbər verir. Yuxuda ağ pişik balası görən şəxsin yaxını, dostu və ya qohumu böyük bir sıxıntıya düşə bilər.

Yuxuda inək görmək

Yuxuda inək görən şəxsin var-dövləti artar. Ümumiyyətlə, xeyirli yuxu hesab edilir. Yuxuda inək görmək, yuxu sahibinin bütün sıxıntılarının bitəcəyinə işarə edir.

Yuxuda inək, həm də yuxu sahibinin sevdiyi şəxsə qovuşması deməkdir. Yuxu sahibinin qarşısında yeni, xeyirli qapılar açılar.

Yuxuda inək sürüsü görmək

Yuxuda inək sürüsü, yuxu sahibinin çox böyük işlərdə yer alacağına dəlalət edir.

Yuxuda inək görmək, qəfil xəbərə də işarə edər. Dostlarınızdan birini itirəcəyinizə və yaxud var-dövlət əldə edəcəyinizin xəbərçisidir.

Yuxuda ağ inək, təmiz bir gəlirə və ya xeyirli övlad sahibi olmağa işarədir. Bu yuxu həm kişi, həm də qadınlar üçün xeyirli yuxudur. Bu yuxunu görən şəxslər, qısa zamanda ailə həyatı qura bilərlər.

Ağ inək, eyni zamanda təmiz ürəyin varlığından xəbər verir.

Yuxuda ağ inək görən yaşlı şəxslər, uzun və sağlam həyat yaşayar.

Yuxuda inəkdən süd sağmaq, uzun və bərəkətli ömür yaşayacağınızdan xəbər verir.

Yuxuda inəkdən süd sağan qadın, varlı bir kişi ilə tanış olacaq.

Yuxuda inək görmək mal, mülk, bərəkət və bol qazanca dəlalət edir. Yuxu sahibi məntiqli addımlar ataraq və investisiyalar qoyaraq gələcəyini gözəlləşdirə bilər.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »