Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DGK-nin sədri Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb
DGK-nin sədri Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb

Noyabrın 25-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.

Qonağı səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev iki qardaş ölkənin yüksələn xətlə inkişaf edən əlaqələrindən məmnunluqla söhbət açıb. Qeyd edilib ki, istər Vətən müharibəsi zamanı, istərsə də postmüharibə dövründə Türkiyənin Azərbaycana güclü siyasi və mənəvi dəstəyi ölkələrimizin daim bir-birinin yanında olmasına bariz nümunədir.

Səfər Mehdiyev onu da vurğulayıb ki, hər iki dövlət rəhbərinin siyasi iradəsi, dostluq-qardaşlıq münasibətləri və verdikləri tapşırıqların icrası əməkdaşlığın inkişafında mühüm rol oynayır. Komitə sədri Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında iki ölkənin gömrük orqanlarının da üzərinə mühüm vəzifələr düşdüyünü diqqətə çatdırıb. Bu yaxınlarda qardaş ölkəyə işgüzar səfərini xatırlayan Komitə sədri İzmir şəhərində türkiyəli həmkarı ilə keçirdiyi görüşün qarşılıqlı əməkdaşlığın daha da inkişafına töhfə verdiyini bildirib, eləcə də səfər çərçivəsində Azərbaycan, Gürcüstan və Türkiyə gömrük xidməti rəhbərləri arasında imzalanan sənədin ölkələrimiz arasında ticarətin asanlaşdırılması, tranzit potensialının artırılması və regional iqtisadi inteqrasiyaya yardım edilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı, Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə növbəti görüşə görə təşəkkürünü bildirib, ölkələrimizin qarşılıqlı dostluq və qardaşlıq münasibətlərinin, strateji müttəfiqliyinin nümunə olduğunu qeyd edib.

Səfir Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinin bərpa edilməsində, quruculuq işlərinin həyata keçirilməsində Türkiyə şirkətlərinin yaxından iştirak etməsindən məmnunluğunu ifadə edib, eləcə də iki ölkənin gömrük orqanları arasında əməkdaşlıqdan razılıqla söhbət açıb, iqtisadi-ticarət münasibətlərinin daha da inkişaf etdiriməsi ilə bağlı fikirlərini bölüşüb.

Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

Paylaş »
››› Ulduz  falı: 04 dekabr, 2021-ci il – Vəziyyətə real baxmaq uğurun açarıdır
››› "Məcburi köçkünlər dünyada bənzəri olmayan ağıllı kəndlərə köçürüləcək"
››› Sinifə girən bəbir 10 yaşlı şagirdə hücum edib - Video
››› Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub
››› Bağçalar uşaqların sağlamlığını təhlükəyə atır
››› Bayram gəlmədən qiymətlər artır... və bir daha enməyəcək - Yeni ilə doğru
››› “Yeni il” yolkası bəzəmək neçəyə başa gəlir - Qiymətlər
Son xəbərlər
Bütün xəbərlər »