Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kim Çen Indan dəri gödəkçə qadağası
Kim Çen Indan dəri gödəkçə qadağası

Şimali Koreya lideri Kim Çen Inın 2019-cu ildə dəri gödəkçə ilə görünməsi ictimaiyyət arasında da bu geyimin geniş yayılmasına səbəb olub.

Bizimyol.info xəbər verir ki, Şimali Koreya polisi ölkə lideri Kim Çen Inın moda seçimlərini təqlid etməyin hörmətsizlik olduğunu bildirərək dəri gödəkçə geyinməyi qadağan edib.

Azad Asiya radiosunda yer alan xəbərə görə, əvvəlcə imkanı olan insanlar Çindən gətirilən həqiqi dəri gödəkçələri geyinməyə başlayıblar. Daha sonra hər bazarda satılan süni dəri gödəkçələr istehsal olunmağa başlayıb.

Kim Çen In

Şimali Koreyadakı mənbələr bildiriblər ki, saxtakarlığa son qoymaq üçün küçələrdə gəzən polislər dəri gödəkçələri satanlardan və geyinənlərdən alaraq müsadirə edir.

Məlumat verən mənbə bildirib ki, dəri gödəkçə geyinənlər arasında Kim Çen Indan sonra ölkəyə rəhbərlik edəcəyi güman edilən bacısı Kim Yo Conq da var: "Beləliklə, dəri gödəkçə indi güclü qadınların simvoluna çevrilib. Dəri gödəkçələr güc simvolu kimi tanınmağa başladığı üçün şəxsi geyim alverçiləri bu məhsulu xaricdən gətirirlər".

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »