Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnsanları məhvə aparan oyunlar: “Proqramçılar bunu öz maraqları üçün edirlər”
İnsanları məhvə aparan oyunlar: “Proqramçılar bunu öz maraqları üçün edirlər”

İnternet üzərindən oynanılan oyunların tətbiqlərinə demək olar ki, hərkəsin telefonunda rast gəlinir. Bu oyunlara maraq göstərənlər arasında isə yaşından asılı olmayaraq, hər bir nəslin nümayəndələri var.

Bu oyunlar arasında təhlükəli hesab olunanlar da var. Bu oyunların bəziləri var ki, xüsusi asılılıq yaradır və hətta oyuncunu maddi, mənəvi, psixoloji sarsıntılara gətirib çıxardır. Maraqlıdır, bu oyunlar insanları necə özünə çəkə bilir? Oyunların əsas məqsədi nədir? Bununla nə əldə etmiş olurlar?

İT mütəxəssisi Səkinə İlqarqızı Bizimyol.info-nun suallarını cavablandıran zaman bildirib ki, oyunları yaradan proqramistlər bunu öz maraqları üçün edirlər.

Səkinə İlqarqızı Səkinə İlqarqızı

“Kimisi qazanc, kimi məşhur olmaq, kimi isə bu işi xobbi kimi görür və hətta bunlar arasında psixoloji problemləri olan şəxslər də var. Amma unutmaq lazım deyil ki, hər bir oyun asılılıq yaradır. İstər-istəməz oyuna daxil olan insanlar (bunlar arasında uşaqlarda var) oyunu bitirmədən aralana bilmirlər.  Bu oyunlar bizə maddi, mənəvi, hətta psixoloji təsir edirlər .

Oyunlarda yüksək məbləğ uduzan kim, ailəsindən aralı qalan, ünsiyyətdən uzaq olan kim, amma ən pisi yeniyetmə və uşağların bu cür oyunların təsirinə düşmək hesab olunur.  Adətən, orta yaşlı insanlar və yeniyetmələr oyunlara vaxt aparmaq üçün daxil olurlar. Qeyd etmək istərdim ki, oyunları yaradan şəxslər özləri də burada çox vaxt keçirməklə bəzən PC-dən aralanmırlar. Daha yeni “LEVEL”-lar yaratmaq, daha çox qurduğları oyunu inkişaf etdirmək, yaradıcılar üçün “UĞUR” hesab olunur. Lakin bu heç də belə deyil”.

İT mütəxəssisi onu da qeyd edib ki, oyun yaradıcıları arasında psixoloji problemləri olan şəxslər də mövcuddur.  “Bu tip insanlar heç də normal oyunlar yaratmırlar. Ölümə təşviq edən oyunlar qurmaq, yeniyetmələri buraya cəlb etmək onlara həzz verir .

Buna sübüt olaraq “Mavi Balina” oyununu misal gətirmək istərdim. Oyunun geniş olaraq Rusiyada, Azərbaycanda, Türkiyyədə və ümumiyyətlə keçmiş SNQ dövlətlərində hətta Avropada belə yayılmağı mətbuatda səs salmışdı.

Yeniyətmələri sui-qəsdə sürükləyən bu oyun, sırf zəif iradəliləri oyuna dəvət edirdi. Oyuna daxil olmamış ilk öncə müzakirə çatları yaradılırdı, yeniyetmələrin orada psixologiyası öyrənilib daha sonra onlara kurator təyin edilərək tapşırıqlar verilirdi. İstisna deyil ki, oyunda iştirak edən uşaqlar öz ətraflarından buraya dostlarını tanışlarını dəvət edirdilər.

“Mavi balina” oyununda tam 50 tapşırıq var, onlar hər gün səhər saat 4.20-də kurator tərəfindən verilir. İlk tapşırıq hamı üçün birdir: "Mavi Balina" sözünü ülgüc ilə qolda cızmaq. Yazı olan qolun şəklini kuratora atılmalıdır. Hər gün tapşırıqlar getdikcə çətinləşir, yeniyetmənin psixikasını güc baxımından sınanılır. Tamamlanmış tapşırıqlar haqqında foto və video hesabatlar da hər gün kuratora göndərilməlidir. Ən dəhşətli tapşırıq oyunun sonunda verilir - iştirakçı intihar etməlidir. Üstəlik, ona seçim etmək imkanı verilir: qatarın altına tullanmaq, balkondan tullanmaq və s. Əgər yeniyetmə bu tapşırığı yerinə yetirməkdən imtina edərsə, aparıcılar onların İP ünvanlarını bilməklə onları şantaj edib və ev ünvanını onlardan öyrənə bilirlər. Yeniyetmənin valideynlərinə və digər yaxınlarınıza zərər vermək və ya hətta öldürməklə hədələyirlər.

Bu oyunu və diğər ölümcül oyunları yaradanlar hələlik məlum deyil, lakin Rusiyada 2017-ci ildə bu tip bir oyunun yaradıcısı Hüquq Mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb olunmuşdu. Media işçilərinə verdiyi müsahibəsində həmin şəxs etdiyi əməldən peşman olmadığını və oyunu cəmiyyəti “lazımsız insanlardan” təmizləmək üçün tərtib etdiyini söyləmişdi.

Bütün insanlara, yeniyetmələrə tək tövsiyəm, heç bir oyuna maraq göstərməmək, vaxt keçirmək üçün təkçə oyuna baş qatmaq lazım deyil, ölkəmizdə yetərincə gənclər üçün inkişaf metodları mövcuddur. Bizlərə maddi, mənəvi və psixoloji təsirlər göstərən amillərdən uzaq durmalıyıq . Valideyinlər hər zaman övladlarının xüsusən də yeniyetmələrin telefonlarını maraq dairəsində saxlamalıdırlar. Lakin unutmaq lazım deyil ki iradəsi güclü olan bir vətəndaş yaşından asılı olmayaraq bu cür oyunların qurbanı olmur”,-deyə bildirib.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Hərbi qulluqçulara yeni qadağalar tətbiq olunacaq: "Çox böyük zərər gördük"
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› Dərmanların təsiri niyə azalıb? - Mütəxəssisdən cavab
››› "Ön cəbhəni arxa cəbhəyə səliqəli şəkildə dəyişmək lazımdır!"
››› Azərbaycanda uşaqlara hansı müavinətlər nəzərdə tutulur - Xəbəriniz olsun!
››› “Ağrı dağında Azərbaycanı təhlükədən qorumaq üçün müdafiə sistemi qurulmalıdır” – Ahmet Öven
››› Ağır dərs yükü, əlavə repetitor: “Nazirlikdə daxili qarşıdurma qaldıqca belə də olacaq”
Son xəbərlər
Bütün xəbərlər »