Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko: Müxalifət sabitliyi pozmaq üçün yeni plan hazırlayıb
Lukaşenko: Müxalifət sabitliyi pozmaq üçün yeni plan hazırlayıb

"Xaricdə qaçqın kimi yaşayan Belarus müxalifəti ölkədə sabitliyi pozmaq üçün yeni plan hazırlayıb".

Bizimyol.info xəbər verir ki, TASS-n verdiyi məlumata görə, bunu cümə axşamı Belarus prezidenti Aleksandr Lukaşenko yeni konstitusiya layihəsinə həsr olunmuş iclasda deyib.

"Onlar artıq plan hazırlayıblar, mən onu prezident administrasiyasına göndərmişəm ki, orada işlənib-hazırlanıb paylansın ki, hamınız onların nə istədiyini görün. Yaxşı, axı bu, tamamilə gülücdür. Bu, maliyyə vəsaiti əldə etmək üçün ölkədən qaçaraq özlərini müxalifət adlandıranların planıdır. Bu tiplərini artıq köhnəlmiş fikirlərini oxuyuram və düşünürəm: Ola bilərmi ki, Qərb dəli olsun və yenə bunun üçün pul versin? Bu cəfəng planı özünüz görəcəksiniz", - deyə dövlət başçısı bildirib.

Lukaşenkonun sözlərinə görə, müxalifət konstitusiyanı pozmaq və Belarus xalqını yenidən küçələrə çıxarmaqla planlarını həyata keçərməyə hazırlaşır.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »