Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ölkənin ilk qadın baş naziri seçildi, 8 saat sonra istefa verdi
Ölkənin ilk qadın baş naziri seçildi, 8 saat sonra istefa verdi

Ötən gün İsveç Parlamenti Riksdagendə keçirilən səsvermə ilə baş nazir seçilən Sosial Demokrat Partiyasının üzvü Maqdalena Andersson təqdim etdiyi büdcənin qəbul edilməməsi və koalisiya ortağı Yaşılların iki partiyalı ittifaqdan ayrılmasından sonra istefa verib.

Bizimyol.info xəbər verir ki, Andersson dünən 349 yerlik parlamentdə 175-dən çox səs alaraq ölkənin siyasi tarixində ilk qadın baş nazir olub.

Andersson səsvermədən sonra keçirdiyi mətbuat konfransında: “Mən lazım olanı edən hökumətə rəhbərlik etməyə hazıram. Mən həm də İsveçin ilk qadın baş naziri seçildim və bunun ölkəmizdəki qadınlar üçün nə demək olduğunu bilirəm", - deyən Andersson, təxminən 8 saat sonra "qanuniliyi şübhə altına alınan hökumətə rəhbərlik etmək istəmirəm", - deyərək istefa verib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »