Siqaret asılılığı olanların və bu bəladan tezliklə can qurtarmaq istəyənlərin aşağıda qeyd etdiyimiz üsullara nəzər salmsı məsləhətdir. Çünki bu qidalar siqaretə olan həvəsi, asılılığı azaldır.
Həmin qidaları təqdim edirik:
Evkalipt: Təbii antibiotik olması ilə yanaşı, evkaliptdə yağlar var. Bu efir yağları ağciyər infeksiyalarına yaxşı təsir edir, qan təzyiqini artırır və qan axını artırır. Bu kimyəvi yağ öskürək siroplarında və boğaz pastillərində istifadə olunur.
Yulaf sıyığı: 20 gün ərzində hər gün 2 xörək qaşığı isladılmış yulafı isti suda qəbul etmək nikotin istəyini azaldır.
Exinasiya: Soyuqdəymə və öskürək müalicəsində istifadə olunur. Bitkinin kökləri müxtəlif ağciyər infeksiyalarında faydalıdır.
Keçiboynuzu: Keçiboynuzu xüsusilə siqaret çəkənlər üçün çox faydalıdır. 5 ədəd keçiboynuzu 1 litr suda qaynadılıb acqarına içilərsə, siqaretin vurduğu zərəri aradan götürməyə kömək edir.
Əməgümeci: 1 miqdar ebegümeci qaynar suda qaynadılır və 5-6 saatdan sonra 1 stəkan ac qarına içilir. Bu tətbiq ilə siqaretin ağciyərlərə təsiri yavaşlayır. Ebegümeci bəlğəm çıxarır və ağciyər xərçənginin qarşısını alır.
Portağal: 20 gün ərzində və ya 1 ayda 20 gündən sonra hər gün yarım portağal istehlak etmək nikotin istəyini 79 faiz azaldır.
İspanaq, kinoa, badam, qəhvəyi düyü: Hər gün tünd yaşıl yarpaqlı tərəvəz və tam taxıl mənbəyi istehlak etmək, siqaret çəkmə istəyini boğur.
Pomidor: Pomidor suyu və siqaret beyində eyni nahiyəni stimullaşdırdığı üçün siqareti buraxanlara ilk 20 gün ərzində 1 stəkan pomidor suyu işməsi məsləhət görülür. Beləliklə, asılılıq azalarkən, pomidorun tərkibindəki likopen sayəsində antioksidant təsirdən faydalanılır.
Banan: Tərkibindəki B vitaminləri və kaliumla həm siqareti tərgidən zaman, həm də siqaretin zərərli təsirlərini aradan qaldırmaqda kömək edir.
Alma: Aparılan araşdırmalar zamanı məlum olub ki, müntəzəm olaraq alma istehlakı ağciyər funksiyasını yaxşılaşdırır.
Tam taxıl və qoz-fındıq: Onların tərkibində ağciyər xərçənginə qarşı qoruyucu olan E vitamini var.
Zəncəfil: Çox güclü antioksidant olan zəncəfil ağciyərləri təmizləyir. Ağciyərlərdən müxtəlif toksinləri, selikləri və arzu olunmaz hissəcikləri çıxarmağa kömək edir. Bu səbəblə zəncəfili çay kimi istehlak edə və ya birbaşa yeyə bilərsiniz.
Sarımsaq: Sarımsaq güclü antioksidant olmaqla yanaşı, tərkibində bol olan allisin kimyəvi maddəsi ilə ağciyərləri təmizləyir.
Leyla, Bizimyol.info