Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xarici ölkələrə beyin və kapital axını: “Burada şirkətləri dağıdılır”
Xarici ölkələrə beyin və kapital axını: “Burada şirkətləri dağıdılır”

Son 10 il ərzində müxtəlif sahələrdə peşakar olan insanların xaricə axınının şahidi oluruq. Hətta bu axının durmadan artdığını da desək, yanılmarıq. Bu axına qoşulan və təssüf hissi yaradan əsas peşə sahiblərindən biri isə həkimlərdir. Yəqin ki, sosial şəbəkələrdəki, “həkimlərin Almaniyada işlə təmin olunması” reklamları sizin də qarşınıza çıxıb. Bu reklamları verənlər, sırf həkimlərə alman dili öyrədən kurslardır. Bu kurslara müraciət edən tibb işçiləri isə saysız-hesabsızdır.

Bu insanaları doğma yurdlarından didərgin salan səbəb nədir və ya kimlərdir? Həkimlərin Almaniya sevdası nədən irəli gəlir?

Həkim-farmokoloq Müşfiq Hüseynov Bizimyol.info-nun suallarını cavablandıran zaman bildirib ki, burada səbəb 1-2 deyil, hədsiz çoxdur.

Müşfiq Hüseynov Müşfiq Hüseynov

“Ən başlıcası isə zamanla qanunvericilikdə nəzərdə tutulan, tutulmayan vergi və gömrük çətinlikləridir. Son bir ildə bunun qarşısını almağa çalışırlar, amma artıq çox gecdir. Gedən gedib artıq. Mən, şəxsən xeyli adam tanıyam ki, kifayət qədər ciddi iş adamlarıdırlar və burada işləyə bilməyib xarici ölkələrə üz tutmalı olublar. Məsələn, bu adamların ya şirkətləri dağıdılıb, ya süni maneələr yaradılıb və s. Bu insanlar arasında Ukraynaya, Rusiyaya, Qazaxıstana, Özbəkistana, və s. kimi ölkələrə üz tutan şəxslər var. Gedirlər və işlərini orada qururlar. Təbii ki, xeyiri də həmin ölkələrə verirlər.  Ölkəmiz isə sürətlə “beyinsizləşir”.

Həkimlərin axınının isə çox elementar səbəbi var. Burada kllinikada işləyib 200-300 manat maaş ala bilmək üçün gərək 30-40 min manat pul verəsən ki, səni işə götürsünlər. Xaricdə isə tam fərqlidir. Həkimlər ya əvvəlcə Türkiyəyə gedib uzmanlıq alırlar, ya da birbaşa Almaniyaya gedib orada işləyirlər. Maaşları isə təxmini olaraq, 3000-5000 avro aralığındadır. Həyat şəraitləri isə bundan da yaxşıdır. İstənilən halda onların hamısına vətəndaşlıq verilir. Almaniyanın isə tibbə ehtiyacı var. Çünki Avropada təhsil alan gənclər tibbi oxumaq istəmirlər. Düşünürlər ki, bu daha əziyyətlidir. Əvvəllər bu boşluğu Türkiyə, indi isə Azərbaycan həkimləri doldururlar. Hər il ən azı 150-200 nəfər həkimimiz oraya gedir. Almaniyanın istənilən bölgəsinə, rayonuna getsəniz, Azərbaycandan gedən həkimlərlə rastlaşarsınız.

Türkiyədə isə bu bir az daha çətindir. Çünki orada tibb Amerika sistemidir. Uzmanlıq almaq üçün əlavə imtahanlar verirlər, diplomun təsdiqini edirlər və daha sonra 5 il uzmanlıq oxuyurlar. Uzmanlıq aldıqdan sonra isə 5000 lirəyə kimi maaş alırlar. Türkiyə kimi ölkədə də bu 400 dollar pul edir. Bu pulla yaşamaq isə mümkün deyil. Almaniyada isə Avropa sistemi olduğu üçün bu qədər qəliz deyil”.

Həkim sonda qeyd edib ki, xaricdə olan həmyerlilərimizin bir-birinə əl tutmaq məsələsi heç də ürəkaçan vəziyyətdə deyil. “Bu məsələ bizdə genetik, milli bir haldır. Başqasının başından basıb, özünə pillə etmək əhalinin 90 faizində var. Bu insanlar bir-birini rəqib görürlər. Bu, həkimlikdən asılı deyil. Həmin insanlar mühəndis, iş adamı və s. sahədə çalışan insanlar ola bilər. Azərbaycandan kənarda yaşayan çox az Azərbaycan vətəndaşı var ki, bir-birləri ilə ortaqlıq edirlər. Bu, bizim milli problemimizdir”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Soçidə qazandıqlarımız və itirə biləcəklərimiz
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Yuxuda "cənnət meyvəsi" nar görməyin yozumu nədir...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› XİN: "26 noyabr bəyanatında Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib"
Son xəbərlər
Bütün xəbərlər »