Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Belçika məhkəməsi "Uber"in fəaliyyətini qadağan edib
Belçika məhkəməsi "Uber"in fəaliyyətini qadağan edib

Brüsseldə Ali məhkəmə smartfon tətbiqi ilə alternativ taksi xidməti təklif edən "Uber"in fəaliyyətinin dayandırılmasına qərar verib.

Bizimyol.info xəbər verir ki, Belçika mətbuatının məlumatına görə, Brüssel Apellyasiya Məhkəməsi 2015-ci ildə "Uber"ə qarşı aşağı instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Məhkəmə, telefon tətbiqi ilə alternativ taksi xidməti təklif edən "Uber"in Brüsseldə fəaliyyətinin dayandırılmasına və sürücülərin proqramdan istifadə edərək işləyə bilməyəcəyinə qərar verib.

Qərarla bağlı açıqlama verən "Uber Belçika" prezidenti Laurent Slits bildirib ki, məhkəmə qərarı nəticəsində Uber nəqliyyat tətbiqi 26 noyabrdan etibarən fəaliyyətini dayandıracaq.

"Uber"in Brüsseldə 2000-ə yaxın lisenziyalı sürücüsü olduğunu bildirən Slits, işçilərin gəlir əldə edə bilməyəcəklərini və bundan çox narahat olduqlarını bildirib. Sözügedən məhkəmə qərarının smartfonlardan əvvəlki dövrdə hazırlanmış və artıq qüvvədə olmayan qanunvericiliyə görə verildiyinə diqqət çəkən Slits, hökumətin sözügedən qanunvericiliyi 7 ildir yeniləmədiyini qeyd etdi.

Qeyd olunur ki, ABŞ şirkəti "Uber" 2014-cü ildə Brüsseldə fəaliyyətə başlayıb və o zaman lisenziyası olmayan şəxsi avtomobil sahibləri ilə işləyirdi. Brüssel Məhkəməsi 2015-ci ildə "Uber"in taksi xidmətləri göstərmək tələblərinə cavab vermədiyi və qanunsuz olduğu barədə qərar çıxarıb. Sözügedən qərardan sonra "Uber Brüssel" peşəkar lisenziyalı sürücülərlə işləməyə keçib.

Qiymət sıxlığa görə dəyişsə də, "Uber" ümumiyyətlə taksilərdən daha sərfəli qiymətə nəqliyyat təmin edir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »