Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərzaq mağazasında narkotik maddələr satan tutulub
Ərzaq mağazasında narkotik maddələr satan tutulub

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bir neçə əməliyyat keçirilib və nəticədə 4 nəfər saxlanılıb.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində RPŞ əməkdaşları tərəfindən narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakini Altan Məhərrəmov saxlanılıb.

Həmin şəxsin icarəyə əsasında işlədiyi ərzaq mağazasına baxış keçirilən zaman oradan külli miqdarda psixotrop maddə olan metamfetamin və kustar üsulla hazırlanmış heroin aşkar olunub.

Keçirilən digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Etibar Mirzəməmmədov və Bakı şəhər sakini Ənvər Aslanov saxlanılıblar. Həmin şəxslərin yaşadığı evə və üzərlərinə baxış keçirilən zaman bükülülərdə psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Davam etdirilən tədbirlərlə Sumqayıt şəhərində qeydiyyatda olmaqla Quba rayonunda kirayədə yaşayan Firudin Əliyev saxlanılıb. Həmin şəxsin üzərinə və avtomobilinə baxış keçirilən zaman psixotrop maddə olan metamfetamin və marixuana aşkar edilib.

Faktlarla bağlı RPŞ-də cinayət işi başlanılıb.

Paylaş »
››› Ulduz  falı: 07 dekabr, 2021-ci il – Kimin səmimi olduğu aydınlaşacaq
››› Tofiq Yaqublu: “Başımdan torbanı çıxartdılar, şəklimi çəkdilər, kiməsə göndərdilər”
››› İlin sonunda bürcləri nə gözləyir...
››› Tarif Şurası gecə növbəsində, deputatı qış yuxusunda - Mən belə ölkənin nəyindən küsüm?..
››› İTV-nin "şəhidin sevgilisi" təqdimatı saxta çıxıb: Hanı üzrxahlıq?..
››› Əzrayıl istefa verib, yerinə Səhiyyəmiz təyin olunub...
››› Kremlə "sürpriz zərbə": Rusiya qırıcıları əvəzinə Türkiyə dronları
Son xəbərlər
Bütün xəbərlər »