Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa ölkəsində pandemiya vaxtı uşaq doğulmasında rekord qeydə alınıb
Avropa ölkəsində pandemiya vaxtı uşaq doğulmasında rekord qeydə alınıb

İslandiyada uşaq doğulmasına görə 2021-ci ilin rekord vuracağı məlum olub. Hər şey çox yüksək göstərici qeydə alınmasına doğru gedir.

Bizimyol.info xəbər verir ki, İslandiyada axırıncı dəfə 2017-ci ildə - futbol üzrə Avropa Çempionatından sonra rekord rəsmiləşmişdi. Onda bunu milli komandanın çox yaxşı göstərici ortaya qoymasıyla əlaqələndirmişdilər. Bu dəfə isə pandemiyaya görə lokdaun elanı qabardılır.

İslandiya Universitetinin dosenti Sunna Kristin Simonardottir hesab edir ki, körpə sayının artmasında təkcə epidemiya rol oynamayıb: “Uşağa qayğı göstərilməsinə görə verilən məzuniyyətin vaxtının artırılması da işini görüb. Qanuna görə, 9 ay yox, 1 il zaman ayrılır”.

Qəribədir ki, İslandiyada 2010-ci il bank böhranı zamanı da çox körpə dünyaya gəlmişdi. O vaxt ölkədə buna çox təəccüblənmişdilər. Çünki xeyli adam iş itirmişdi. Hətta həmin il doğulanlar “maliyyə böhranının uşaqları” adlandırılır.

Gənc ana Liliya Soley Hauksdottir deyir ki, sevgilisi ilə əvvəlcə ev almağı, sonra evlənməyi və dünyaya uşaq gətirməyi planlaşdırırlarmış: “Amma COVİD-19-a görə toy olmadı. Bunun üçün də uşaq məsələsi irəli düşdü”.

Başqa analar da bənzər fikirlər deyir. Onlar lokdaun fürsətindən istifadə ediblər.

İslandiyada əvvəlki illərdən azı 5 min çox körpə doğulacağı proqnozlaşdırılır.

Bizimyol.info

Paylaş »
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Soçidə qazandıqlarımız və itirə biləcəklərimiz
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Yuxuda "cənnət meyvəsi" nar görməyin yozumu nədir...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› XİN: "26 noyabr bəyanatında Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib"
Son xəbərlər
Bütün xəbərlər »