Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həkim: Baydendən xərçəng öncəsi mərhələsində olan şiş çıxarılıb
Həkim: Baydendən xərçəng öncəsi mərhələsində olan şiş çıxarılıb

Ağ Evin həkimi Kevin O'Konnor ABŞ prezidenti Co Baydenin kolonoskopiya zamanı xərçəngdən əvvəlki potensial adenomanın çıxarıldığını bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə RİA Novosti məlumat verib.

O'Konnorun sözlərinə görə, bu prosedur zamanı həkimlər Amerika liderinin bağırsağından 3 millimetrlik xoşxassəli şişi çıxarıblar: “Histoloji müayinə üçün götürülən nümunənin 2008-ci ildə ondan götürülən polipə bənzər boru adenoması olduğu müəyyən edilib”, - deyə həkim bildirib.

O, həmçinin bu cür adenomanın xoşxassəli və yavaş-yavaş böyüyən, lakin hazırda əlavə müdaxilə tələb etməyən "potensial xərçəng öncəsi lezyon" hesab edildiyinə diqqət çəkib. ABŞ rəhbərinə "müntəzən həkim nəzarətində olmaq barədə xəbərdarlıq edilib",- deyə O'Konnor əlavə edib.

Bayden keçən həftə tibbi müayinədən keçib, həkimlər Prezidentin səhhətinin ona heç bir məhdudiyyət olmadan dövlət başçısı və ali baş komandanlıq vəzifələrini yerinə yetirməyə imkan verdiyi qənaətinə gəliblər.

Qeyd edək ki, Bayden ABŞ-ın ən yaşlı prezidentidir. Noyabrın 20-də onun 79 yaşı tamam olub. Bəzi respublikaçılar prezidentin “işə yararsız” olması barədə fikir bildirmələri barədə "The Independent" məlumat verib. Məsələn, Cənubi Karolinanın keçmiş qubernatoru Nikki Heyli Baydeni “idrak testi” keçirməyə dəvət edib.

Bizimyol.info

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Dünyanın ən soyuq şəhərləri: “Ağzımın suyu donub iynə kimi dodağıma batırdı” - Fotolar
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Dövlət Sərhəd Xidmətinin helikopteri qəzaya uğrayıb
Son xəbərlər
Bütün xəbərlər »