Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
MKİ rəhbəri Moskvada "Havana sindromu" hadisələrini müzakirə edib
MKİ rəhbəri Moskvada "Havana sindromu" hadisələrini müzakirə edib

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns bu il noyabrın 2 və 3-də Moskvaya səfəri zamanı Rusiya xüsusi xidmət orqanlarının "Havana sindromu" insidentlərində iştirak etməsinin “nəticələri” ilə bağlı Rusiya Federasiyasına məxfi şəkildə xəbərdarlıq edib.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ rəsmilərinə istinadən “The Washington Post” qəzeti yazıb.

Qəzetin yazdığına görə, Börns bu məsələni Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin nümayəndələri ilə görüşləri zamanı qaldırıb. Eyni zamanda, "The Washington Post"un mənbələrə istinadən verdiyi məlumata görə, onun müraciətində Rusiyaya qarşı hər hansı ittiham nəzərdə tutulmayıb.

MKİ rəhbəri deyib ki, xəstəlikdən və ciddi beyin zədəsindən əziyyət çəkməyə məcbur olan Amerika hökumət rəsmilərinə və onların ailələrinə zərər vurmaq “peşəkar kəşfiyyat xidmətləri üçün uyğun olmayan davranış nümunəsi olacaq”.

MKİ məsələ ilə bağlı şərh verməkdən imtina edib.

ABŞ-ın əvvəlki administrasiyası mətbuatda “akustik hücumlar” adlandırılan bəzi xarici təsirlər nəticəsində 2016-cı ilin noyabrından bəri Havanada 40-dan çox amerikalı diplomatın xəsarət aldığını iddia etmişdi. Birləşmiş Ştatlar səlahiyyətliləri bu hadisələrə görə Kubanın məsuliyyət daşıdığını bəyan etmişdilər. 2017-ci ilin sentyabrında ABŞ Havanadakı səfirliyinin işçilərinin 60%-ni geri çağırıb və Kubanın Vaşinqtondakı diplomatik nümayəndəliyinin əməkdaşları Amerika tərəfinin tələbi ilə 15 nəfər ixtisar edilib. Havana amerikalı diplomatlarla insidentlərdə iştirakını dəfələrlə təkzib edib. 2017-ci ilin oktyabrında Kubalı ekspertlər ABŞ-ın cırcır böcəklərinin və ya ağcaqanadların cırıltısını "akustik hücumlar"la səhv sala biləcəyini irəli sürdülər.

Sonrakı illərdə bir neçə başqa ölkədəki ABŞ dövlət qulluqçularının da oxşar təsirlərə məruz qaldığı barədə məlumatlar verilib. Bu insanların bəzilərində ABŞ-ın "Havana Sindromu" adlandırdığı xəstəliyin yarandığı iddia edilir.

Bizimyol.info

Paylaş »
››› Hərbi qulluqçulara yeni qadağalar tətbiq olunacaq: "Çox böyük zərər gördük"
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› Dərmanların təsiri niyə azalıb? - Mütəxəssisdən cavab
››› "Ön cəbhəni arxa cəbhəyə səliqəli şəkildə dəyişmək lazımdır!"
››› Azərbaycanda uşaqlara hansı müavinətlər nəzərdə tutulur - Xəbəriniz olsun!
››› “Ağrı dağında Azərbaycanı təhlükədən qorumaq üçün müdafiə sistemi qurulmalıdır” – Ahmet Öven
››› Ağır dərs yükü, əlavə repetitor: “Nazirlikdə daxili qarşıdurma qaldıqca belə də olacaq”
Son xəbərlər
Bütün xəbərlər »