Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kreml Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Soçi görüşündə müzakirə olunacaq məsələləri açıqlayıb
Kreml Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Soçi görüşündə müzakirə olunacaq məsələləri açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin Avropa Şurasının sədri Şarl Mişel arasında telefon danışığı olub.

APA-nın verdiyi məlumata görə, telefon danışığı zamanı bir sıra aktual beynəlxalq problemlər müzakirə olunub.

"Vladimir Putin Şarl Mişelin xahişi ilə Dağlıq Qarabağ üzrə 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli razılaşmaların müddəalarının həyata keçirilməsi, o cümlədən dinc həyatın bərqərar edilməsi, iqtisadi münasibətlərin bərpası, Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması istiqamətində atılan addımlar barədə məlumat verib.

Məhz bu məsələlərə Rusiya və Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin noyabrın 26-da Soçidə keçiriləcək görüşündə baxılması planlaşdırılır", deyə Kremlin məlumatında qeyd olunub.

Bundan başqa, Putin və Mişel telefon danışığı zamanı Ukrayna münaqişəsi və Belarus-Avropa İttifaqı sərhədində miqrant böhranını ətraflı müzakirə ediblər, Əfqanıstan və Liviya problemlərinə toxunublar.

Paylaş »
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Zakir Qaralov, Rüstəm Usubov və Eldar Mahmudov məhkəməyə çağırıldı
››› "Yer yarıldı" - çinli qadın marketə düşdü - Video
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
››› Dövlət qurumlarının "əsir" götürdüyü şəhər...
››› Hərbi qulluqçumuz şəhid olub - Ermənistanın növbəti təxribatı
Son xəbərlər
Bütün xəbərlər »